İrina İvanovna Slavinskaya (; ) — ukraynalı jurnalist, aparıcı, tərcüməçi, ədəbiyyatşünas, ictimai xadim və feminist. "Kultura" radiosunun icraçı prodüseridir. Ukrayna PEN Klubunun üzvüdür.
Həyatı İrina 8 oktyabr 1987-ci ildə Kiyevdə mühəndis ailəsində anadan olub. Kiyev Milli Linqvistika Universitetini bitirib, həmçinin "Skriptor" müasir ədəbiyyat və ədəbi yaradıcılıq dərnək-studiyasının üzvü olub. 2009—2011-ci illərdə Dünya ədəbiyyatının nəzəriyyəsi və tarixi kafedrasında müasir Ukrayna ədəbiyyatı və XIX—XX əsrlər Avropa ədəbiyyatından dərs verib. O, həmçinin Pikardiya Jül Vern Universitetinin (Fransa) magistratura pilləsində təhsil alıb.
2010-2011-ci illərdə "BBC İlin Kitabı" ədəbi mükafatının münsiflər heyətinin üzvü olub. 2011-ci ildən etibarən müstəqil ədəbi və tərcümə fəaliyyətinə başlayaraq, "Ukrayna ədəbiyyatının 33 qəhrəmanı" adlı ilk kitabı və fransız dilindən etdiyi iki tərcüməsi işıq üzü görüb.
2015-ci ilin yayından 2021-ci ilə qədər media və siyasətdə seksizmə qarşı mübarizə aparan "Povaha" kampaniyasının əlaqələndirilməsi ilə məşğul olub. O, həmçinin siyasətdə və KİV-də seksizmə qarşı "Povaha" kampaniyasının "Qadından soruş" adlı açıq məlumat bazasının ekspertidir. 2016-cı ilin sonunda "Ukrayna Qadın Fondu" xeyriyyə təşkilatı İdarə Heyətinin tərkibinə daxil olub.
19 dekabr 2019-cu ildən 16 mart 2023-cü ilədək Taras Şevçenko adına Ukrayna Milli mükafatı Komitəsinin üzvü olub.
26 fevral 2021-ci ildən 24 yanvar 2025-ci ilədək Ukrayna PEN Klubunun İcraiyyə Şurasının üzvü olub.
Müxtəlif illərdə "Kitab Arsenalı" beynəlxalq festivalının xüsusi proqramının kuratoru olub.
Ailəsi 2007-ci ildən Vitali Lyamiçev ilə evli olan İrina Slavinskayanın Les adlı bir oğlu var.
Jurnalist fəaliyyəti İrina Slavinskaya, 2006-cı ildən mediada çalışır, karyerasına "Ukrayinska Pravda" internet nəşrində ədəbiyyat icmalçısı kimi başlayıb. Həmçinin "ŞO" nəşri üçün də yazılar yazıb.
2012–2013-cü illərdə "TVi" telekanalında Vitali Qaydukeviçlə birlikdə "Söz oyunu və təkcə bu deyil" adlı müəllif proqramının həmaparıcısı olub. Həmçinin 2013-cü ilin iyunundan etibarən "Hromadske Radio"da aparıcı olub və burada "Antena" proqramını aparıcısı olub. 2017-ci ildən — Ukrayna Radiosunda "İnsan hüquqları hər şeydən üstündür" proqramının aparıcısıdır.
2018-ci ildən — Ukrayna Milli İctimai Teleradio Şirkətinin tərkibinə daxil olan Ukrayna Radiosunun jurnalistidir. 20 aprel 2018-ci ildə Ukrayna Radiosunun üçüncü kanalı olan "Kultura" radiosunun prodüseri olub. 18 sentyabr 2018-ci ildə Ukrayna Milli İctimai Teleradio Şirkətinin Müşahidə Şurası, Slavinskayanı İctimai Redaksiya Şurasına seçib və o, 14 aprel 2021-ci il tarixinədək bu vəzifədə qalıb. 16 aprel 2021-ci ildə Slavinskaya "Kultura" radiosunun icraçı prodüseri təyin edilib və vəzifə dəyişikliyi səbəbindən səlahiyyətlərinə xitam verilib. 25 iyun 2021-ci ildə Ukrayna Milli İctimai Teleradio Şirkətinin Müşahidə Şurası onun Redaksiya Şurasındakı fəaliyyətini bərpa edib, 30 avqust 2021-ci ildə isə Slavinskaya şuranın sədri olub.
28 aprel 2023-cü ildə Slavinskaya Avropa Yayım İttifaqının Radio Komitəsinə seçilib.
Yaradıcılığı thumb|right|İrina Slavinskaya. Ədəbi Maarifçilik Mərkəzinin yay ədəbiyyat mühazirələri çərçivəsində "Müasir Ukrayna mediasında müasir Ukrayna ədəbiyyatı haqqında nəyi yazırlar (yazmırlar)" mövzusunda mühazirəsi (28 avqust 2015-ci il).
Ədəbi yaradıcılığı İlk müəllif kitabı olan — "Ukrayna ədəbiyyatının 33 qəhrəmanı" 2011-ci ildə işıq üzü görüb. Bu kitab ukraynalı yazıçılarla müsahibələrdən ibarət "əlifba" toplusudur. Növbəti kitabları — "İstedadlı insanların hekayələri"dir ki, (2014Три розповіді з неопублікованої книжки «Історії талановитих людей» Ірини Славінської // Українська правда. Життя, 17.05.2014. və 2015-ci illər) bu kitabların hər birinə 11 müasir ukraynalı kişi və qadının hekayəsi daxil edilib.
2019-cu ildə "Mənim ehtiyat həyatlarım" adlı esselər toplusu nəşr olunub və bu əsər "Şevelyov mükafatı—2019"un siyahısına daxil edilib.
2021-ci ildə "Demək olar ki, yetkin. Qızlar üçün və qızlar haqqında kitab", 2022-ci ildə isə "Artıq yetkin? Artıq böyümüş qızlar üçün kitab" adlı əsərləri işıq üzü görüb. Müəllifin 2023-cü ildə işıq üzü görən "Hava və həyəcan kitabı" adlı əsəri "Esseistika—2023" nominasiyasında "BBC İlin Kitabı" mükafatının qısa siyahısında yer alıb.
Tərcüməçi fəaliyyəti Onun fransız dilindən ilk tərcümələri 2011-ci ildə işıq üzü görüb; Rober Müşamblenin "Orqazm və Qərb: XVI əsrdən günümüzədək həzzin tarixi", həmçinin Emil Sioranın "Ruhun dopinqi" əsərləri.
2015-ci ildə Umberto Eko və Jan-Klod Karryerin "Kitablardan xilas olacağınızı ümid etməyin" adlı birgə əsərinin tərcüməsini nəşr olunub.
2017-ci ildə Matias Enarın "Kompas", növbəti ildə isə Andre Roşun "Birinci cins" və Olivye Burdonun "Bojanjlı gözləyərkən" əsərlərinin tərcümələri işıq üzü görüb. Sonrakı tərcümə əsərləri; David Fonkinos "Gözəlliyə doğru" (2019), Nikolya Matye "Onların uşaqları" (2020), Anyes Marten-Lüqan "Bağışlayın, məni gözləyirlər" (2021) və Anyes Marten-Lüqan "Aşkarlıq"dır (2024) .
Slavinskaya, həmçinin "Boqdan-İqor Antoniç: Həmişəlik" layihəsinin fransız dilinə bədii tərcüməsinin müəllifidir.
Mükafatları E. Çoranın "Ruhun dopinqi" kitabının tərcüməsinə görə Fransa Respublikasının Ukraynadakı Səfirliyinin xüsusi mükafatı ("Skovoroda" mükafatı) (2012); Umberto Eko və Jan-Klod Karyerin "Kitablardan xilas olacağınızı ümid etməyin" əsərinin tərmücəsinə görə Fransa Respublikasının Ukraynadakı Səfirliyinin "Skovoroda" mükafatı (2016); "Jurnalistikada irəliləyişə görə" Aleksandr Krivenko adına mükafat (2019).
Əsərləri |год=2011 |страниц=412|ref=https://book-ye.com.ua/catalog/zhurnalistyka-reportazhi/33-heroyi-ukrlit/ |isbn=9789660356245}}
İstinadlar
Kateqoriya:Ukraynanın televiziya aparıcıları Kateqoriya:Ukrayna tərcüməçiləri