Erika Susanna Vikman (; ) — finlandiyalı müğənni, bəstəkar və bədii rəhbəri. O, karyerasına fin tanqosu müğənnisi kimi başlayıb. 2020-ci ildə Erika "Cicciolina" mahnısı ilə "Uuden Musiikin Kilpailu" seçim turunda iştirak edərək ikinci yeri tutaraq, diqqətləri özünə cəlb edə bilib. 2025-ci ildə isə revanş götürərək "Eurovision-2025" mahnı müsabiqəsində Finlandiyanı Bazeldə "Ich komme" mahnısı ilə təmsil edərək, finalda 11-ci yeri tutub.
Həyatı Erika Vikman, 20 fevral 1993-cü ildə Tampere şəhərində anadan olub. O, Lempyalya və Poridə böyüyüb. Anası da Erika kimi fin tanqosu janrında müğənni olub və "Tanqo Yarmarkası" festivalında iştirak edib. Erikanın bacısıennika da müğənnidir. Vikman yeniyetmə yaşlarında oxumağa başlayıb və 2008-ci ildə yeniyetmələr arasında keçirilən tanqo müsabiqəsində qızlar arasında qalib gəlib. 2010-cu ildə doğma Tampere şəhərindəki yarışmalarda iştirak edib.
Vikman Tamperedəki birgə təhsil orta məktəbində oxuyub və 2013-cü ildə oradan məzun olaraq orta təhsil haqqında diplom alıb. Bundan sonra o, Pirkanmaa Musiqi Kollecində pop-caz vokal sənəti üzrə də təhsil alıb.
Şəxsi həyatı 2016–2020-ci illərdə tanınmış fin müğənnisi Denni ilə münasibəti olub. Onlar Kirkkonummidə birlikdə yaşayıblar.
2020-ci ildə Erika biseksual olduğunu bəyan edərək kaminq-aut edib.
2024-cü ildən etibarən, təsdiqlənməmiş məlumatlara görə, 2023 Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı təmsil edən reper Käärijä ilə münasibətdədir.
Karyerası 2013–2019: Fin tanqosu və "Tanqo yarmarkası 2016"
Karyerasına fin tanqo müğənnisi kimi başlayan Vikman ilk dəfə 2016-cı ildə "Tangomarkkinat" müsabiqəsində qalib gəldikdən sonra tanınmağa başlayıb.
Televiziya layihəsindəki məğlubiyyətindən sonra fin tanqo müğənnisi kimi məşhurlaşıb. 2015-ci ildə "Tanqo yarmarkası" festivalında iştirak edərək ikinci yerin qalibi olub. Növbəti il isə qalib olub. Vikman "Sony Music" ilə müqavilə imzalayaraq, 2017-ci ildə özünün ilk "Ettei mee elämä hukkaan" sinqlını buraxıb. Bu mahnı onun elektropop musiqisindəki ilk eksperimentidir.
2020—hazırkı dövr: Uuden Musiikin Kilpailu 2020 və 2025 Avroviziya Mahnı Müsabiqəsi
2020-ci ildə Finlandiyanın "Warner Music" şirkəti ilə müqavilə imzaladı və Yle onun "Avroviziya" mahnı müsabiqəsinin milli seçim turunda iştirakı təsdiqlənib. Müsabiqədə "Cicciolina" ləqəbi ilə çıxış edən macar-italyan pornoaktrisa və siyasətçi İlona Staller haqqında olan eyniadlı "Cicciolina" mahnısı ilə iştirak edib. Finala vəsiqə qazanaraq, ikinci yeri tutub: o, tamaşaçılardan ən çox səs toplasa da, peşəkar münsiflər heyətinin seçiminə görə üçüncü yerdə qərarlaşıb. İkinci yeri tutmasına baxmayaraq, mahnısı Finlandiyada böyük populyarlıq qazanaraq, ölkənin milli hit-paradlarında ilk beşliyə daxil olub. "Cicciolina"nın uğurundan sonra buraxdığı yeni "Syntisten pöytä" sinqlı da ilk beşliyə düşüb, sonradan isə radiolarda bir nömrəli hitə çevrilib. 2020-ci ildə "Maska" teleşousunun Finlandiya versiyasının ilk mövsümündə üçüncü yeri tutub.
2021-ci ilin avqustunda "Erika Vikman" adlı debüt studiya albomunu buraxıb. Albom Finlandiyada birinci yeri tutub.
2025-ci ildə Erika revanş etmək qərarına gəlib və ikinci dəfə UMK-ya müraciət etdi; 2025-ci ilin yanvarında onun milli seçim turunda iştirakı təsdiqləndi. Nəticələrə görə o, birinci yeri tutub və "Ich komme" mahnısı ilə Bazeldə keçirilən "2025 Avroviziya Mahnı Müsabiqəsi" mahnı müsabiqəsində Finlandiyanı təmsil edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Avroviziya" iştirakçıları