Əbu İbrahim İsmayıl ibn Yəhya ibn İsmayıl əl-Müzəni (; ) — əş-Şafiinin tələbəsi, müctəhid; Əbu Cəfər Tahavinin dayısı.
Həyatı Hicri 175-ci (791) ildə anadan olub.
İlk vaxtlar Əsbağ ibn Fərəcdən təhsil alıb. Əş-Şafiinin Misirə gəlişindən sonra ona tələbəlik edib. Əş-Şafiinin ölümündən sonra Əş-Şafiinin fiqhi görüşlərini sonrakı nəsillərə çatdırmağa davam edib. Dostu əl-Büveytidən sonra tədris halqasına rəhbərlik edib və məzhəbin təmsilçisi olub. Əl-Cəmiul-ətikdə (Əmr ibn Əs məscidi) dərslər verib. Bu dərslərdə başda Misirdən olmaqla İslam dünyasının bir çox yerindən tələbələr iştirak edib. Bu sayədə o məzhəbin geniş kütlələrə yayılmasında mühüm rol oynayıb.
Əş-Şafii, Nuaym ibn Həmmad və Əli ibn Məbəd ibn Şəddaddan hədis rəvayət edib. Onda da İbn Xuzeymə, Tahavi, Əbu Əvanə əl-İsfərayini, İbn Əbu Hətim ər-Razi və başqaları hədis rəvayət ediblər.
İbn Əbu Hətim onu "saduq", İbn əl-Cəvzi isə "siqa" adlandırıb.
Hicri 264-cü (878) ildə Qahirədə vəfat edib və Qarafədə dəfn edilib.
Əsərləri "Əl-Müxtəsər" (əl-İxtisar) əl-Müzənin yeganə əsəri olub, Şafii məzhəbinin fundamental mənbələrindən biri hesab olunur.
İstinadlar
Kateqoriya:Müctəhidlər