thumb|287x287px|"Brut və Brenxined" ("Britaniya krallarının tarixi" əsərinin uels dilinə tərcüməsi) əsərinin XV əsrə aid əlyazmasındakı Emris Vledigin illüstrasiyası. Amvrosi Avrelian (Ambrozi Avrelian; ; vall dilində Emris Vlediq () və ya Ann ap LleianHerbert Algernon. Britania after the Romans. London.1886.vol 2. p 2—18) — Gildaya əsasən, V əsrdə anqlo-sakslara qarşı mühüm bir döyüşdə qalib gələn Roma-Britaniya müharibə lideri. O, həmçinin IX əsrə aid Historia Brittonumdan başlayaraq britaniyalıların əfsanələrində müstəqil şəkildə peydə olurdu. Nəhayət, müəllif Qalfrid Monmutlu tərəfindən Kral Arturun əmisinə (Arturun atası Uter Pendraqonun qardaşı) çevrildi və hər ikisindən əvvəl vəfat edən bir hökmdar oldu. O, həmçinin tiran Vortigern ilə görüşən gənc bir peyğəmbər kimi təsvir olunur; bu obrazda o, sonradan sehrbaz Merlinə çevrildi.

Gildaya əsasən Amvrosi Avrelian Gildanın "De Excidio et Conquestu Britanniae" moizəsində şəxsi adı ilə təqdim olunan azsaylı personajlardan biridir və V əsrə aid yeganə şəxsdir. "De Excidio", Roma imperiyasından sonrakı Britaniyadakı dönəmdən (həmin illər Artur dövrü adlanır) bəhs edən saxlanılmış ən qədim Britaniya sənədi hesab olunur.Reno (1996), p. 263–282 Saksonların dağıdıcı hücumundan sonra sağ qalanlar Amvrosinin rəhbərliyi altında bir araya gəlirlər. Amvrosi belə təsvir olunur:Amvrosi zadəgan doğumlu və böyük ehtimalla xristian idi: Gilda onun döyüşlərdə "Allahın köməyi ilə" qalib gəldiyini deyir. Amvrosinin valideynləri saksonlar tərəfindən öldürülmüşdür və o, onların ilkin işğalından sağ qalan azsaylı insanlardan biri idi.

Gildanın sözlərinə görə, Amvrosi sağ qalanları silahlı bir dəstə halına gətirdi və sakson işğalçıları üzərində ilk hərbi qələbəni qazandı. Lakin bu qələbə həlledici deyildi: "Bəzən saksonlar, bəzən isə vətəndaşlar [yəni roma-britaniya sakinləri] qalib gəlirdilər." Gildanın verdiyi təsvir sayəsində Amvrosi romalıların sonuncusu adlanan personajlardan biridir.Venning (2013), Ambrosius Aurelianus, unnumbered pages

Müzakirə mövzuları Gildanın təsvirindəki iki məqam bir çox elmi şərhlərə səbəb olmuşdur. Birincisi, Gilda Amvrosi ailəsi barədə "bənövşəyi geyinmiş" deməklə nəyi nəzərdə tuturdu. Roma imperatorları və kişi patrisilər öz təbəqələrini göstərmək üçün bənövşəyi zolaqlı paltarlar geyinirdilər, buna görə də bənövşəyi rəngin qeyd edilməsi aristokratik mənşəyə işarə edə bilər. Roma legionlarının yüksək rütbəli zabitləri olan Roma hərbi tribunları (tribuni militum) da oxşar bənövşəyi zolaq taxırdılar, ona görə də bənövşəyi rəngin ailənin hərbi mənşəyinin göstəricisi ola bilər. Bu ənənə uzun müddətdir davam edirdi, çünki senatorlar və tribunların toqa və palli (o uzaq dövrlərdə də qədim hesab edilirdi) bənövşəyi zolaq ilə haşiyələnirdi. Ənənəvi olaraq, "bənövşəyi" kilsə tərəfindən qana işarə edən bir evfemizm kimi qəbul olunur və buna görə də "bənövşəyi geyinmək" şəhidliyəCraughwell (2008), pp. 106–112 və ya yepiskop libasına istinad ola bilər. Bundan əlavə, Roma imperiyasının sonlarında bənövşəyi haşiyəli geyimlər həm Roma konsulları, həm də konsulluq rütbəsi olan canişinlər tərəfindən geyilirdi. Romanın vəzifə siyahısı olan "Notitia Dignitatum" sənədində Roma Britaniyasında dörd və ya beş əyalət canişindən bəhs olunur ki, onlardan ikisi (biri Maksim Sezariyensis, o biri isə Valenti) konsul rütbəsinə malik idi. Bənövşəyi geyinən valideyn, adları günümüzə qədər gəlib çatmamış canişindən biri ola bilər.Ashley (2005), De Excidio, nömrələnməmiş səhifələr

Tarixçi Aleks Vulf, Amvrosinin V əsr Roma-Britaniya qəsbkarları Mark və ya Qrasianla qohumluq əlaqəsi ola biləcəyini irəli sürmüşdür; lakin adların təhlilinə əsaslanan Vulf onun Markla əlaqəli olduğuna üstünlük verir. Artur əfsanələrini araşdıran akademik Frenk D. Reno isə əksinə olaraq iddia edir ki, "Avrelian" adı Amvrosinin illiriyalı Roma imperatoru Avrelianın (270-275-ci illərdə hakimiyyətdə olub) nəslindən gəldiyini göstərir. Avrelianın hərbi yürüşləri arasında Qalliya imperiyasının fəthi də yer alır. N. C. Hayem Amvrosinin Roma imperiyasının son dövrlərinin imperator ailələri (məsələn, Feodosi sülaləsi) ilə uzaq qohum ola biləcəyini təklif etmişdir. Sülaləyə aid qolların Hispaniya kimi qərbi Roma əyalətlərində fəaliyyət göstərdiyi məlumdur.Higham (1994), p. 35–66

Mayk Eşli isə əksinə olaraq "Amvrosi" adına və onun dördüncü əsrdə Milan yepiskopu olmuş və eyni zamanda Roma İtaliyasının bəzi hissələrində konsulyar canişin vəzifəsində çalışmış Müqəddəs Ambrosi ilə mümkün əlaqəsinə diqqət yetirir. Bəzən yepiskopun atasının IV əsrdə Qalliyanın pretoriya prefekti olan Avreli Amvrosi (onun yurisdiksiyasına Britaniya da daxil idi) olduğu iddia edilir, baxmayaraq ki, bəzi müasir akademiklər Müqəddəs Ambrosi ilə bu şəxs arasındakı qohumluq əlaqəsinə şübhə ilə yanaşırlar (akademiklər onun atasının Feodosi kodeksinin bir hissəsində qeyd olunan Urani adlı bir məmur olduğu fikrinə daha çox üstünlük verirlər).Barnes, T. D., "The Election of Ambrose of Milan", in: Johan Leemans (ed), Episcopal Elections in Late Antiquity, de Gruyter, 2011, pp 39–60.Mazzarino, S. "Il padre di Ambrogio", Helikon 13–14, 1973–1974, 111–117.Mazzarino, S., "Storia sociale del vescovo Ambrogio", Problemi e ricerche di storia antica 4, Rome 1989, 79–81. Eşlinin fikrincə, Amvrosi Avrelian əslində Avreli Avrelian adlı iki şəxslə qohum idi. Tim Venninq qeyd edir ki, "Avreli" adı onun Romada oğulluğa götürülməsi nəticəsində əmələ gəldi. Oğlan uşağı qəbiləyə övladlığa götürüldükdə, o, yeni ailəsinin soyadını alırdı, lakin o, tez-tez keçmiş ailəsinin mənşəyini göstərən koqnomenlə da çağırılırdı. Əlavə koqnomen çox vaxt "-anus" ("") sonluğu ilə bitirdi. Oktavii qəbiləsindən olan Qay Oktavi əmisi Qay Yuli Sezar tərəfindən övladlığa götürüldükdə, övladlığa götürən atasından fərqləndirmək üçün ona "Oktavian" ("") ləqəbi verilmişdir. Amvrosinin halında isə ehtimal olunur ki, o, Avrelii soyuna aid idi, lakin sonra başqa bir qəbilə və ya ailə tərəfindən övladlığa götürülmüşdür.

İkinci müəmallı qalan məsələ "avita" sözünün mənası ilə bağlıdır: Gilda bu sözü "əcdadlar" mənasında işlədə bilərdi, yaxud daha dəqiq desək, "baba" mənasını çatdırmağa çalışırdı, bu isə Amvrosinin Badon dağı döyüşündən təxminən bir nəsil əvvəl yaşadığını göstərir. Məlumatın mövcud olmaması bu suallara dəqiq cavab verməyə mane olur.

Gildanın motivləri Gilda və onun istifadə etdiyi ədəbi troplar haqqında kitabın müəllifi N. C. Hayem , Gildanın Amvrosiyə diqqət çəkmək üçün əsaslı səbəblərinin ola biləcəyini irəli sürmüşdür. Hayemin sözlərinə görə, o, bu şəxsin tarixi tərcümeyi-halını yazmağa çalışmırdı, onu həməsrləri üçün nümunə kimi təqdim etməyə çalışırdı. Gildanın fəlsəfəsi üçün barbarları məğlub edən Britaniya liderlərinin bunu yalnız ilahi kömək sayəsində edə bilməsi fikrini çatdırmaq çox vacib idi. Və yalnız mühüm xristian fəzilətlərinə sahib olanlar bu köməyə layiq idilər. Görünür, Amvrosi Avrelian barbarlar üzərində ən azı bir dəfə belə qələbə qazanmışdır. Bu keçmiş döyüşçünü təqdim ediyi baxış bucağına uyğunlaşdırmaq üçün Gilda onu müstəsna fəzilətlərə malik və Allaha itaəti ilə seçilən bir şəxs kimi təqdim etməyə demək olar ki məcbur qaldı. Onun şəxsiyyəti Gildanın nümunəvi lider ideyasına uyğunlaşdırıldı.

Hayem həmçinin Amvrosinin Roma mənşəyinin təsadüfən vurğulanmadığına inanır. Aydındır ki, Gilda onu qəsdən romalıların qanuni hakimiyyəti və hərbi fəzilətləri ilə əlaqələndirirdi. O, həmçinin onu sonrakı Britaniya hökmdarları ilə müqayisə edirdi, çünki onların hakimiyyəti bu cür legitim deyildi.

Tarixi şəxsiyyətlərin müəyyənləşdirilməsi Gilda Badon dağı döyüşü haqqında əsas məlumat mənbəyi olsa da, o, heç vaxt döyüş iştirakçılarının adlarını çəkmir. Amvrosi Avrelian və ya onun varislərinin döyüşdə iştirak edib-etmədiyi məlum deyil. Döyüşdəki Sakson liderlərinin adları qeydə alınmayıb.

Amvrosinin nəvə-nəticələrin kimliyi məlum deyil, çünki Gilda onları heç vaxt adla çəkmir. Onların Gildanın həməsrləri və onun tanışları olduqları ehtimal edilir. Hayem onların dövrün görkəmli şəxsiyyətləri olduğunu irəli sürür. Ehtimal var ki, onların nəsil şəcərəsi və kimliyi nəzərdə tutulan auditoriyaya kifayət qədər tanış idi və adlarının çəkilməsinə ehtiyac qalmamışdır. Hayemin fikrincə, əsərdə Avbrosinin nəvə-nəticələri əcdadlarından aşağı səviyyədə təsvir olunur ki, bu da müəllifin yaşadığı dövrdəki hökmdarlara qarşı tənqidin bir hissəsidir. Tənqidin hədəfi olanlar, şübhəsiz ki, acı sözlərin onlara yönəldiyini bilirdilər, amma məşhur əcdadlarının bu qədər parlaq şəkildə təqdim olunduğu bir əsəri inkar etmək niyyətində deyil idilər.

Mayk Eşli, Gildanın qeyd etdiyi digər şəxslərin də Amvrosinin nəvə-nəticələri ola biləcəyini irəli sürür. O, bu kateqoriyaya Gilda tərəfindən ata qətli, zina, əxlaq pozğunluğu və müharibə qızışdırmaqda ittiham olunan Avreli Konanı ("İtəbənzər Avreli") daxil etməyə üstünlük verir. Onun "Avreli" adı roma-britaniya mənşəli olduğunu göstərir. Təhqiramiz "İtəbənzər" () ləqəbini, ehtimal ki, Gilda özü icad etmişdir və o, digər çağdaş hökmdarları da eyni şəkildə təhqir edir. Gildanın istifadə etdiyi bu ad səbəbindən bu hökmdarın əslində Konan/Kinan/Kenan adlandırıldığına dair nəzəriyyələr mövcuddur. Bəziləri onu VI əsrdə yaşamış Povis kralı Kinan Qarvin ilə eyniləşdirirlər, baxmayaraq ki, onun Gildayla həməsr olub-olmadığı və ya ondan bir və ya iki nəsil sonra yaşadığı məlum deyil. Başqa bir nəzəriyyəyə görə, bu hökmdar Britaniyada deyil, Bretanda hökmranlıq edirdi. Bu baxımdan, "Caninus" adı Konomor ("Böyük köpək") adına istinad ola bilər. Konomorun Gilda ilə eyni dövrdə yaşadığı daha çox ehtimal olunur. Konomor, çox güman ki, domnoniyalı (tarixi Bretan bölgəsi) idi, hansı ki Dumnoniyadan olan Britaniya köçkünləri tərəfindən idarə olunurdu. Britaniya əfsanələrində o, Kornuolllu Mark kimi xatırlanmış ola bilər.

Gilda saksları əsasən barbar basqınçılar kimi təsvir edir; onların işğalları yavaş və çətin bir hərbi fəth prosesindən ibarət idi. Ehtimal olunur ki, Gildanın təsvir etdiyi dövr eramızın 500-cü ili əhatə edirdi, həmin vaxtlarda anqlo-sakslar Vayt adası, Kent, Linkolnşir, Norfolk, Suffolk və Nortamberlend və Yorkşirin sahil ərazilərini idarə edirdilər. Keçmiş Roma Britaniyasının qalan hissəsi yerli brittlərin və ya Roma əyalət administrasiyasının qalıqlarının nəzarəti altında idi. Gilda həmçinin şəhərlərin əhalisinin azalmasından bəhs edir və bu da, ehtimal ki, tarixi faktları əks etdirir. Vaxtilə böyük bir şəhər olan Londinium, V əsrdə tamamilə tərk edilmişdi.

Bedaya əsasən Beda "İngilislər xalqının kilsə tarixi" əsərində Gildanın Amvrosi haqqındakı hekayəsinə əsaslanır, lakin onun "Xronika majora" əsərində Amvrosinin qələbəsini imperator Zinonun (474–491) hakimiyyəti dövründə baş verir.

Bedanın Britaniyanın V əsrdəki tarixi haqqında yazdığı məlumatlar mənbə kimi az dəyərlidir. Təxminən 418-ci ilə qədər Bedanin seçmək üçün bir neçə tarixi mənbəyi var idi və o, tez-tez Orozinin əsərlərinə etibar edirdi. Orozinin tarixi işini tamamladıqdan sonra, Bedanin mənbələri tükənmişdir və o, xeyli dərəcədə Gildanın əsərlərinə arxalanırdı. Bu dövrün qeydləri Gildanın verdiyi rəvayətin əsasən stilistik dəyişikliklər edilmiş parafraza versiyasıdır. Bedanın Amvrosi Avrelian haqqındakı hekayəsi aşağıdakı kimi tərcümə olunub:Beda Amvrosi Avrelianın nə nəvə-nəticələri, nədə onların güman edilən xarablaşma haqqında söz etmir.

Nenniyə əsasən Nenniyə aid edilən "Brittlərin tarixi" əsərində Amvrosi haqqında əfsanələrin bir neçə fraqmenti qorunub saxlanılmışdır. Ənənəvi atribusiyaya baxmayaraq, bu əsərin müəllifliyi və yaradıldığı dövr məsələsi müasir tarixçilər üçün açıq qalır. Bu əsərin bir neçə əlyazma versiyası mövcuddur və onlar bir-birindən süjet detalları ilə görə fərqlənirlər. Onlardan ən əhəmiyyətlisi IX və XI əsrlər arasındakı dövrə aiddir. Bəzi müasir akademiklər bu əsərin tək bir müəllif və ya tərtibçi tərəfindən yaradılmasını mümkünsüz hesab edir və bu nəzəriyyə qəti şəkildə sübut olunmasa da, əsərin son formasına çatması əsrlər çəkmiş ola biləcəyinə inanırlar.