Qızılhacılı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qızılhacılı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Qızılhacılı kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Qızılhacılı kənd Soveti ləğv edilərək Qızılhacılı şəhər tipli qəsəbəsi mərkəz olmaqla Qızılhacılı qəsəbə Soveti yaradılmışdır.
Toponimikası Yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adındandır.
Tarixi
Coğrafiyası və iqlimi Qəsəbə əsasən yarımsəhra və quru çöl iqlim qurşağında yerləşir. Əsasən düzənlik relyefdə yerləşdiyinə görə, kontinental iqlim təsiri daha çox hiss olunur.
Din Qəsəbədə Qızılhacılı qəsəbə məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Həmçinin bax
Kateqoriya:Goranboy rayonunun qəsəbələri