Dieqo Qabriel Silva Rosa (; — Braziliyalı peşəkar futbolçu.
Kipr Birinci Divizionu təmsilçisi APOEL klubuna məxsusdur və icarə əsasında Azərbaycan Premyer Liqasında Qarabağ FK klubunda çıxış edir.
Klub karyerası "Vitoria Salvador" və "Qremio" klublarının yetirməsi olan Rosa, 2021-ci ilin əvvəlində 6 milyon avro qarşılığında Mançester Siti klubuna qoşulub. 2021/22 mövsümünün sonuna qədər Lommel SK klubuna icarəyə verilib. "Lommel" klubunda debütünü 21 fevral 2021-ci ildə (20-ci tur) "Lierse SK" komandasına qarşı 2:1 hesablı ev qələbəsində oyunun son dəqiqələrində meydana çıxaraq edib. 17 oktyabrda "Muskron" klubuna qarşı oyunda Dieqo "Lommel"in heyətində ilk qolunu vurub. İlk peşəkar mövsümündə 7 oyunda meydana çıxıb. İkinci mövsümdə isə, 22 oyunda meydana çıxaraq 2 qol vurub.
Belçikada "Siti Futbol Qrupu"na daxil olan "Lommel"də 18 ay icarədə olduqdan sonra Rosa 2022-ci ilin iyul ayında "Mançester Siti"dən icarə əsasında Portuqaliyanın "Vizela" klubuna keçib. Portuqaliya klubunun heyətində 11 ouyunda meydana çıxıb.
2022/23 mövsümündə Braziliyanın "Baiya" klubu onun transfer hüquqlarını 2.000.000 avro qarşılığında əldə edib və futbolçu ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.
1 fevral 2024-cü ildə Rosa yenidən icarə əsasında "Lommel" klubuna qayıdıb. "Lommel"ə ikinci qayıdışı daha uğurlu olub və futbolçu meydana çıxdığı 27 oyunda 7 qol vurub.
2025-ci ildə "Baiya"dan icarə əsasında Braziliyanın "İnternasional" klubunda çıxış edib.
7 avqust 2025-ci ildə futbolçu rəsmi olaraq Cənubi Kiprin APOEL Nikosiya klubuna keçib. "APOEL" və "Baiya" arasında əldə olunan razılaşmaya əsasən, futbolçu ilə 2028-ci ilin may ayına qədər 3 illik müqavilə imzalanıb.
30 avqust 2026-cı ildə "APOEL" Dieqo Rosanın Azərbaycanın ən titullu klubu olan Qarabağ klubuna icarəyə verildiyini açıqlayıb. Razılaşmaya əsasən "Qarabağ" 2027-ci ilin yayında müəyyən şərtlər daxilində futbolçunu satın almaq hüququna malikdir. Satınalma opsiyası aktivləşdirilərsə, APOEL oyunçunun transfer hüquqlarının əhəmiyyətli bir hissəsini özündə saxlayacaq. "Qarabağ" klubunun elan etdiyi məlumata görə, futbolçu "Atlılar"ın heyətində 33 nömrəli forma ilə çıxış edəcək.
Beynəlxalq karyerası 2019-cu ildə Rosa Braziliyanın U-17 yığmasının heyətində Peruda keçirilən Cənubi Amerika çempionatında iştirak edib. Turnirdə Paraqvay, Uruqvay, Kolumbiya və Argentina yığmalarına qarşı oyunlarda meydana çıxıb.
Həmin il Rosa doğma meydanda keçirilən U-17 dünya çempionatının qalibi olub. Turnirdə Çili, Yeni Zelandiya, Anqola, Fransa və Meksika yığmalarına qarşı oyunlarda iştirak edib. Çili və Yeni Zelandiya ilə oyunlarda Dieqo iki qol vurub.
Karyera statistikası
Klub
KlubMövsümLiqaŞtat LiqasıKubokBeynəlxalqDigərCəmiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolMançester Siti2020–21Premyer Liqa00—00000000Lommel (icarə)2020–21Proximus Liqası70—00—00702021–22192—30—00222Cəmi262—30—00292Vizela (icarə)2022–23Primeyra Liqa90—20—00110Baiya2023Série A004000—4080Karyera cəmi35240500040482
Uğurları Baiya Kampeonato Baiyano: 2023
İstinadlar
Kateqoriya:Belçika Birinci Diviziyası B futbolçuları Kateqoriya:Braziliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Braziliya şəxsləri Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:İnternasyonal FK futbolçuları Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Mançester Siti FK futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Qarabağ FK futbolçuları