Ehram Arif oğlu Hacıyev () — Azərbaycan hərbçisi, general-leytenant (2019), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin keçmiş komandanı (2017–2021).

Həyatı Ehram Arif oğlu Hacıyev 3 aprel 1963-cü ildə Qax rayonunda anadan olmuşdur. 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmişdir.

1985–1992-ci illərdə Zaqafqaziya və Türküstan hərbi dairələrində leytenant, baş leytenant, kapitan və mayor hərbi rütbələrində xidmət etmişdir. 1992–1994-cü illərdə Göytəpə sərhəd dəstəsində qərargah rəisinin müavini olmuşdur. 1994-cü ildən Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında məntəqə rəisi, hərbi hissə komandiri və şöbə rəisi vəzifələrində xidmət etmişdir.

Ehram Hacıyev 2003–2017-ci illərdə Dövlət Sərhəd Xidməti aparatında idarə rəisinin müavini, idarə rəisi və Baş Qərargah rəisinin birinci müavini vəzifələrində xidmət etmişdir. 2017-ci ildə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı təyin edilmişdir. 17 iyul 2021-ci ildə bu vəzifədən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə, yaşa görə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

Ehram Hacıyevə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 15 avqust 2005-ci ildə general-mayor, 16 avqust 2019-cu ildə isə general-leytenant ali hərbi rütbələri verilmişdir.

Təltifləri 2 dəfə "Qırmızı ulduz" ordeni — 1988, 1989 "Hərbi xidmətlərə görə" medalı — 15 avqust 2006 "Vətən uğrunda" medalı — 16 avqust 2007 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 18 avqust 2008 "Azərbaycan Bayrağı" ordeni — 14 avqust 2010 "İgidliyə görə" medalı — 16 avqust 2018 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15 dekabr 2020

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan sərhədçiləri