Xoxberqli Luiza Karolina (; ) — alman əsilzadəsi, Xoxberq baronası və qrafinyası.

26 may 1768-ci ildə Karlsruedə dünyaya gəldi. Atası Qeyersberq baronu Lüdviq Heinrix Filipp orduda polkovnik-leytenant idi.

24 noyabr 1787-ci ildə Böyük Baden hersoqu Karl Fridrixlə evləndi. Bu monarxial bir evlilik deyildi. Bu səbəblə, hersoginya ünvanlarını daşımadı və doğulan övladları taxt mirasından məhrum edildi. Bunun əvəzinə 1787-ci ildə Xoxberq baronası, 1796-cı ildə isə Xoxberq qrafinyası ünvanlarını aldı. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.

I Leopold (1790-1852) Vilhelm (1792-1859) Fridrix Aleksandr (1793), doğumdan 8 gün sonra vəfat etdi. Amaliya (1795-1869) Maksimilyan (1796-1882)

Ancaq onun ilk evliliyindən davam edən kişi şəcərəsinin tükənməsi səbəbilə, 4 oktyabr 1817-ci ildə verilən qərarla, ikinci evliliyindən doğulan övladlarına Baden şahzadəsi ünvanı verildi və monarx ailəsinə qəbul edildilər.

Mənbə

Ədəbiyyat

Huberty, Michel; Giraud, Alain; Magdelaine, F. and B. (1991). L'Allemagne Dynastique, Tome VI. France: Laballery. pp. 95–97, 107–108, 114, 120–121, 477–478. ISBN 2-901138-06-3

İstinadlar