Badenli Mariya Amaliya Yelizaveta Karolina (; ) — Böyük Baden hersoqu I Karlın qızı, Hamilton hersoginyası.

11 oktyabr 1817-ci ildə Karlsruedə dünyaya gəldi. Atası Böyük Baden hersoqu I Karl, anası isə Napoleon Bonapartın övladlıq qızı Stefaniya de Boharnedir.

23 fevral 1843-cü ildə şotland əsilli zadəgan Vilyam Hamiltonla evləndirildi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Vilyam Hamilton (1845-1895) Karl Hamilton (1847-1886) Mariya Viktoriya Hamilton (1850-1922)

1852-ci ildə ərinin ata mülkünü miras almasının ardından Hamilton hersoginyası ünvanını aldı. Ailə vaxtının çoxunu Baden-Baden və Parisdə keçirirdi. 1853-cü ildə katolik məzhəbinə keçdiyi elan olundu.

15 iyul 1863-cü ildə Parisdə əri anidən vəfat etdi. Qalan illərini anasının Baden-Badendəki villasında keçirdi. 1888-ci ildə burada vəfat etdi.

Mənbə

Ədəbiyyat

Württemberg, Sophie of (1989). A Stranger in The Hague: The Letters of Queen Sophie of the Netherlands to Lady Malet, 1842–1877. Duke University Press. ISBN 0822308754 Ridley, Jane (2013). The Heir Apparent: A Life of Edward VII, the Playboy Prince. Random House. ISBN 978-1400062553 Nichols Barker, Nancy (2011). Distaff Diplomacy: The Empress Eugénie and the Foreign Policy of the Second Empire. University of Texas Press. ISBN 978-0292735927 Mansel, Philip (2003). Paris Between Empires: Monarchy and Revolution 1814–1852. St. Martin's Press. p. 544. ISBN 0312308574 Leigh, Wendy (2008). True Grace: The Life and Times of an American Princess. St. Martin's Griffin. ISBN 978-0312381943

İstinadlar

Kateqoriya:Almanlar Kateqoriya:Şəxslər:Karlsrue