Məhəmməd ibn Həbib əl-Bağdadi (; ) — Kufə qrammatika məktəbinə mənsub alim. O, ərəb dilçiliyi və ədəbiyyatşünaslığı sahələrində dərin biliyə malik olsa da, onun məşhurlaşdığı əsas sahə genealogiya olmuşdur.
Bioqrafiyası Bəzi müasir mənbələrdə onun Bağdadda anadan olduğu qeyd edilsə də, tarixi ardıcılıq baxımından onun Kufə şəhərində anadan olduğu etimal edilir. Həbib onun anasının adı olduğundan bu ada nisbətlə o, Məhəmməd ibn Həbib olaraq adlandırılmışdır.
Məhəmməd ibn Həbib kiçik yaşlarında Bağdada yollanmış və burada Qutrub, Hişam ibn əl-Kəlbi, Əbu Abdullah ibn əl-Ərəbi və başqalarından təhsil almışdır.
Evinin bir hissəsini məktəbə çevirmiş və tələbə yetişdirmişdir. Abbasi dövlət xadimlərinin övladlarına müəllik etdiyi üçün "müəddib" və "müəllim" ləqəbləri ilə tanınmışdır. Mənbələrdə ona tələbəlik etmiş şəxslər arasında İbn ər-Rumi, Məhəmməd ibn Əhməd ibn Ərəbə əl-Kufi, (İbn) Əbu Rübə və Əbu Səid əs-Sükkərinin adı qeyd olunmuşdur. Əbu Səid əs-Sükkəri adlı tələbəsi ondan "əl-Müxəbbər" və "əl-Münəmməq" adlı əsərləri rəvayət etmişdir.
Məhəmməd ibn Həbib 860-cı ildə Səmərra şəhərində vəfat etmişdir.
İstinadlar