2007-ci il Türkiyə prezident seçkiləri — Türkiyənin 11-ci prezidentini müəyyən etmək məqsədilə keçirilmiş seçkilər. Aprel ayında başlayan və gərgin hadisələrlə müşayiət olunan proses, avqustun 28-də Abdullah GülünAbdullah GÜL prezident seçilməsi ilə başa çatdı.Türkiye'nin 11. Cumhurbaşkanı Abdullah Gül
1. Seçki prosesi thumb|2007-ci ilin may və avqust aylarında birinci və ikinci tur Prezident seçkilərinin cəhdləri zamanı parlament üzvləri tərəfindən verilmiş səslər
Seçkiqabağı 2000-ci ildə Türkiyənin 10-cu prezidenti seçilmiş Əhməd Necdət Sezərin səlahiyyət müddətinin 16 may 2007-ci ildə başa çatması nəzərdə tutulmuşdu."Sezer'in 7 yıllık sicili". Türkiyə Böyük Millət Məclisi prezidentliyə namizədlik müraciətləri üçün son müddət 25 aprel, səsvermənin birinci turunun tarixini isə 27 aprel olaraq müəyyən etmişdi.
Səsvermələr İqtidar partiyası həmin dövrdə Xarici işlər naziri olan Kayseri millət vəkili Abdullah Gülü öz namizədi kimi irəli sürdü. Eyni zamanda, hakim partiyadan olan Ankara millət vəkili Ersönmez Yarbay da namizədlik ərizəsi təqdim etmişdi,"İlk cumhurbaşkanı adayı AK Parti'li Ersönmez Yarbay" lakin o, səsvermənin birinci mərhələsindən əvvəl mübarizədən çəkildi. Səsvermənin birinci mərhələsi 27 apreldə keçirildi. Ümumilikdə 361 səsdən Abdullah Gül 357 səs topladı. Səsvermədən dərhal sonra CHP "367 tələbi"ni əsas gətirərək seçkinin nəticələrinə etiraz edərək Konstitusiya Məhkəməsinə müraciyyət etdi."Meclis'te 368 kişi var iddiası". Elə həmin günün axşamı Baş Qərargahın internet saytında, sonradan "elektron memorandum" adlandırılacaq, bir mətbuat açıqlaması yayımlandı. "Genelkurmay geceyarısı açıklama yaptı" Bəyanatda qeyd olunurdu ki, seçkilər zamanı dünyəvilik məsələsi müzakirə mövzusuna çevrilmiş və Baş Qərargah bu məsələdə tərəf tutmuşdur. Konstitusiya Məhkəməsi 1 may tarixli qərarı ilə "367 arqumenti"ni qəbul etmiş və səsvermənin birinci turunu ləğv etmişdir. Nəticədə, 6 may tarixində keçirilən hər iki səsvermədə tələb olunan kvorum (367) təmin edilmədiyi üçün 11-ci prezident seçilmədi."367 bulunamadı".
SeçkiTURKIYE BUYUK MILLET MECLISI TUTANAK DERGISI
Partiyalar: Yerlər 1. tur 27 aprel Təkrar 1. tur6 MayƏdalət və İnkişaf Partiyası (AK Parti)352352352Cümhuriyyət Xalq Partiyası (CHP)14911Ana Vətən Partiyası (ANAP)2022Doğru Yol Partiyası (DYP)422Sosial Demokrat Partiyası (SDP)1 0 0Xalqın Yüksəlişi Partiyası (XYP)1 0 0Gənc Partiya (GP)1 0 0Bitərəf13 1311 Ümumi yerlərin sayı/ Cəmi (bəli)541 357 - 361358Ümumi (yox) 180 nəfər boykot etdi 179 nəfər boykot etdi
Seçkidən sonra
Konstitusiya Məhkəməsinin səsverməni ləğv etmək barədə qərarından sonra və Prezident seçkisi yenidən keçirilməzdən əvvəl Ədalət və İnkişaf Partiyası növbədənkənar ümumi seçkilər keçirmək qərarına gəldi.AK Parti 'Erken Seçim' Kararı Aldı Parlamentə seçkilərin 24 iyunda keçirilməsi ilə bağlı təklif təqdim edildi.Erken Seçim Çanı Çaldı... Daha sonra, Ali Seçki Şurasının seçki təqviminin icrasını davam etdirə bilməsi məqsədilə seçki tarixinin 22 iyul olaraq müəyyən edilməsi təklifinə uyğun olaraq, bütün tərəflərin dəstəyi ilə seçkilərin keçirilməsi barədə qərar qəbul edildi."Seçim tarihi 22 Temmuz".
Parlamentdə seçkilərin keçirilməsi qərarı ilə yanaşı, Konstitusiyaya bəzi dəyişikliklər edildi. Buna əsasən, ümumi seçkilərin keçirilmə müddəti beş ildən dörd ilə endirildi. Prezident seçkisinin ləğvinə səbəb olan kvorum tələbi dəqiqləşdirilərək, bütün parlament iclaslarında üçdəbir səs çoxluğu kimi müəyyən edildi. Qərara alındı ki, Prezident parlament tərəfindən deyil, xalq tərəfindən iki mərhələli səsvermə yolu ilə seçilsin, onun səlahiyyət müddəti yeddi ildən beş ilə endirildi və bununla da iki müddətə yenidən seçilməyə imkan verildi.Anayasa değişiklik paketi bugün yayımlandı, referandum süreci başladı Dəyişikliklər paketi parlamentdə 376 səslə qəbul edildi.Anayasa değişikliği paketi kabul edildi Bununla belə, yeni prezident seçilə bilmədiyi üçün səlahiyyət müddəti başa çatmasına baxmayaraq vəzifəsində qalan Əhməd Necdət Sezər düzəlişləri "rejimi təhlükə altına atacağı" əsası ilə tənqid edərək onlara veto qoydu. İyulun 5-də çıxarılan qərarla Ali Məhkəmə prezident administrasiyasının düzəlişlərin ləğv edilməsi ilə bağlı tələblərini rədd etdi."5678 sayılı Kanun". Türkiye Cumhurbaşkanlığı. Oktyabrın 21-də keçirilən referendumda düzəlişlər paketi səslərin 68% ilə təsdiqləndi və daha sonra qüvvəyə mindi.Referandumdan "Evet" çıktı
Növbədənkənar seçkilərin keçirilməsi barədə qərardan sonra səsvermə 22 iyul tarixində baş tutdu. Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası səslərin 46,6%-nı qazandı və parlamentdə 341 yer əldə edərək növbəti dəfə təkpartiyalı hökumət formalaşdırdı. Bununla belə, partiyanın səs payının təxminən 12% artmasına baxmayaraq, onun TBMM-də yerlərinin sayı azaldı. Buna səbəb Dövlət Baxçalının rəhbərlik etdiyi Milliyyətçi Hərəkat Partiyasının səslərin 14,3%-nı toplayaraq seçki baryerini aşması və TBMM-in üçüncü ən böyük partiyaya çevrilməsi oldu. Dəniz Baykalın rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyası səslərin 20,85%-nı qazanaraq əsas müxalifət qüvvəsi statusunu qoruyub saxladı. Partiyanın səs faizi bir qədər artsa da, parlamentdəki yerlərinin sayı 178-dən 112-yə düşdü, buna qismən MHP-nin parlamentə daxil olması səbəb olmuşdu."Ak Parti ezdi geçti".
2. Seçki prosesi Seçkiqabağı 22 iyul seçkilərindən sonra yeni formalaşmış parlament ilk iclasını 4 avqustda keçirdi. Parlamentin gündəliyindəki ilk məsələ parlament sədrinin seçilməsi idi. 9 avqustda AK Partiyanın namizədi, Zonguldak millət vəkili Köksal Toptan, müxalifətin də dəstəyini qazanaraq ilk turda 450 səslə sədr seçildi. MHP-nin namizədi Tunca Toskay isə 74 səs topladı.Köksal Toptan 450 oyla Meclis Başkanı seçildi Elə həmin gün Baş nazir Ərdoğan bəyan etdi ki, artıq Parlament gündəliyindəki ikinci məsələ olan Prezident seçkisi prosesi bərpa olunacaq.Erdoğan: Köşk sürecini başlatıyoruz". Seçki prosesinin başlaması ilə birlikdə, Abdullah Gülün yenidən namizəd olub-olmayacağı məsələsi müzakirə mövzusuna çevrildi."Köşk için 6 senaryo". Belə fikir yayılmışdı ki, Gülün prezident seçilməməsi partiyanın səs payını artırmasında və təkpartiyalı hakimiyyətə qayıtmasında rol oynamışdı. Nəticədə, Abdullah Gül bunu öz prezidentliyə namizədliyi ilə bağlı aydın bir mesaj kimi qiymətləndirdi."Gül'den 'Halk adaylığımı onayladı' mesajı" Avqustun 13-də, əvvəllər siyasi müzakirə mövzusu olan 11-ci Prezident seçkiləri rəsmən təsdiqləndi."Erdoğan: Adayımız Gül, hayırlı olsun"
Səslər Abdullah Gül 20 avqustda keçirilən Prezident seçkilərinin birinci turunda 341 səs topladı.Her parti kendi adayına oy verdi Avqustun 24-də baş tutan ikinci turda isə o, 337 səs əldə etdi. İlk iki turda Konstitusiyanın tələb etdiyi səs çoxluğu (367 səs) təmin olunmadığı üçün proses üçüncü tura keçdi. Bu mərhələdə 276 səs həddi tətbiq olunurdu. Avqustun 28-də keçirilən üçüncü turda 339 səs toplayan Abdullah Gül Türkiyə Respublikasının 11-ci Prezidenti seçildi. Bununla da, aprel ayında başlamış Prezident seçkisi prosesi yekunlaşdı.Yemin eden Gül resmen cumhurbaşkanı
NəticələriTÜRKİYE BÜYÜK MİLLET MECLİSİ TUTANAK DERGİSİ 4'üncü BirleşimTÜRKİYE BÜYÜK MİLLET MECLİSİ TUTANAK DERGİSİ 5'inci BirleşimTURKIYE BÜYÜK MILLET MECLISI TUTANAK DERGISI 6'ncı Birleşim
Namizəd Siyasi Partiya Səsvermə 1. Tur20 avqust 2. Tur24 avqust 3. Tur28 avqust Ədalət və İnkişaf Partiyası Abdullah Gül Ədalət və İnkişaf Partiyası 341 337 339 Milliyətçi Hərəkat Partiyası Səbahattin Çakmakoğlu Milliyətçi Hərəkat Partiyası 70 71 70 Demokratik Sol Partiya Tayfun İçli Demokratik Sol Partiya 13 14 13 Boş 23 24 24 Etibarsız 1 0 2 İştirakı 448 446 448 İştirak etməyən 102 104 102
Seçkidən sonra 28 avqustda keçirilən üçüncü turda Prezident seçilən Abdullah Gül həmin gün parlamentdə and içdi və təşəkkür nitqi söylədi.Yemin etti, Meclis'te teşekkür konuşması yaptı". Prezidentlik ənənəsinə uyğun olaraq, Abdullah Gül ilk xarici səfərini Şimali Kipr Türk Respublikasına etdi. "Cumhurbaşkanı Gül, İlk Yurtdışı Ziyaretini KKTC'ye Yapıyor"
Həmçinin bax Türkiyədə Prezident seçkiləri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ölkələrinə görə prezidentlərin siyahıları Kateqoriya:Türkiyənin dövlət quruluşu Kateqoriya:Ölkələrinə görə prezidentlər Kateqoriya:Türkiyə hökumətləri Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyədə seçkilər Kateqoriya:1993-cü ildə Türkiyə Kateqoriya:Türkiyədə prezident seçkiləri Kateqoriya:Türkiyə prezidentləri Kateqoriya:Türkiyədə prezident seçkiləri