Frederik (; ) — son Saksen-Hildburqhauzen hersoqu və Saksen-Altenburq hersoqu.

Həyatı 29 aprel 1763-cü ildə Hildburqhauzendə dünyaya gəldi. Atası Saksen-Hildburqhauzen hersoqu III Ernest Frederik, anası isə Saksen-Veymar hersoqu I Ernest Avqustun qızı olan və onun üçüncü xanımı Ernestinadır. Onun vəftiz atalarından biri doğma atasının ilk xanımı Danimarkalı Luizanın qardaşı Danimarka kralı V Fridrixdir.

İlk təhsilini atasının sarayında aldı. Ardından öncə Qotaya, daha sonra 1779-cu ildə Vyanaya göndərildi. Ancaq ertəsi il atası vəfat etdi və bu səbəblə, dərhal Hildburqhauzenə qayıtdı. Hələ 16 yaşı olduğu üçün babasının yaşlı əmisi İosif naib seçildi. Onun 1787-ci ildə vəfatından sonra tam hakimiyyəti ələ aldı. Naiblik dövründə 3 sentyabr 1785-ci ildə Böyük Meklenburq-Strelitz hersoqu II Karlın qızı Şarlotta Georgina ilə evləndi. Cütlüyün bu nigahdan 12 övladı doğuldu.

İosif Georq Karl Frederik (1786), yaşı tamam olmadan öldü. Yekaterina Şarlotta (1787-1847) Karolina Avqust (1788), yaşı tamam olmadan öldü. Jozef Georq (1789-1868) Frederika Luiza (1791), yaşı tamam olmadan öldü. Tereza Şarlotta (1792-1854) Luiza Şarlotta (1794-1825) Frans Frederik (1795-1800) Georq (1796-1853) Frederik Vilhelm (1801-1870) Maksimilyan Karl (1803), yaşı tamam olmadan öldü. Eduard Karl (1804-1852)

Hakimiyyəti boyunca elm və təhsilə təkan verdi. Məktəblər və kolleclər təsis etdi. 1806-cı ildə Reyn Konfederasiyasına, 1815-ci ildə Almaniya Konfederasiyasına daxil oldu. 1818-ci ildə yeni konstitusiya elan edildi.

1825-ci ildə son Saksen-Qota-Altenburq hersoqu IV Frederik geridə varis qoymadan vəfat etdi. Alınan razılığa görə onun mülkləri Saksen-Koburq-Zaafeld hersoqu Ernest və Saksen-Hildburqhauzen hersoqu Frederik tərəfindən bölüşdürüldü. Ancaq imzalanan şərtnaməyə görə, 17 noyabr 1826-cı ildə Saksen-Hildburqhauzen ünvanı ləğv edildi və Saksen-Altenburq hersoqu ünvanı yenidən bərpa olundu. 23 noyabrda yeni paytaxt Altenburqa köçdü. 14 sentyabr 1830-cu ildə yeni konstitusiyasını elan etdi.

29 sentyabr 1834-cü ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Johann Samuel Ersch (Hrsg.): Allgemeine Encyclopädie der Wissenschaften und Künste, 1. Sektion, 37. Teil, Leipzig, 1842, S. 300 (Digitalisat) Oliver Heyn: Das Militär des Fürstentums Sachsen-Hildburghausen (1680-1806) (=Veröffentlichungen der Historischen Kommission für Thüringen, Kleine Reihe, Bd. 47), Köln, Weimar, Wien 2015 Oliver Heyn: Militärisches Prestige und finanzielle Absicherung. Die Herzöge von Sachsen-Hildburghausen im Dienst der Vereinigten Niederlande (1680-1760), in: Zeitschrift für Thüringische Geschichte 71 (2017), S. 45–72. Rudolf Armin Human: Chronik der Stadt Hildburghausen, Hildburghausen, 1886 Heinrich Ferdinand Schoeppl: Die Herzoge von Sachsen-Altenburg. Bozen, 1917, Neudruck Altenburg, 1992

İstinadlar