Leo Yoxiqes (, ; ) — marksisizm nəzəriyyəçisi, Polşa, Litva və Almaniyada fəaliyyət göstərmiş inqilabçı və siyasi xadim. Yoxiqes "Yana Tışka" () gizli partiya təxəllüsü ilə də tanınmışdır. O, Polşa Krallığı və Litva Sosial-Demokratiyasının (SDKPiL), Spartak İttifaqının və Almaniya Kommunist Partiyasının (AKP) təsisçilərindən biridir.
Həyatı və ilk inqilabi fəaliyyəti
Leo Yoxiqes 17 iyul 1867-ci ildə Rusiya İmperiyasının tərkibində olan Vilnüs şəhərində varlı yəhudi ailəsində anadan olmuşdur. Gənc yaşlarından inqilabi hərəkata qoşulan Yoxiqes 1885-ci ildə Vilnüsdə ilk gizli sosialist dərnəklərindən birini təşkil etmişdir. Çar hökuməti tərəfindən iki dəfə həbs olunduqdan və hərbi xidmətə çağırılma təhlükəsi ilə üzləşdikdən sonra, 1890-cı ildə İsveçrəyə mühacirət etmişdir.
Sürixdə məskunlaşan Yoxiqes burada tanınmış inqilabçı Roza Lüksemburq ilə tanış olmuşdur. Bu görüş həm şəxsi, həm də uzunillik siyasi əməkdaşlığın təməlini qoymuşdur. O, 1893-cü ildə Roza Lüksemburq və Yulian Marxlevski ilə bərabər Polşa Krallığı Sosial-Demokratiyası partiyasını yaratmışdır.
Siyasi və təşkilati fəaliyyəti
Leo Yoxiqes inqilabi hərəkatda xüsusi publisist çıxışlarından daha çox bacarıqlı təşkilatçı və gizli mətbuatın rəhbəri kimi tanınmışdır. 1905-ci il Rusiya inqilabı zamanı Varşavaya gedərək burada inqilabi mübarizəyə rəhbərlik edənlərdən biri olmuş, lakin 1906-cı ildə həbs olunaraq katorqaya məkum edilmişdir. Həbsxanadan qaçmağı bacaran Yoxiqes Berlində məskunlaşaraq Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) fəaliyyətində yaxından iştirak etmişdir.
Birinci Dünya müharibəsi illərində sosial-demokratların müharibəyə dəstək siyasətinə qarşı çıxmış, Karl Libknext, Roza Lüksemburq və Frans Merinq ilə bərabər sol müxalifət cinahı olan Spartak İttifaqını formalaşdırmışdır. 1918-ci ilin dekabrında Almaniya Kommunist Partiyasının təsis qurultayında iştirak etmiş və partiyanın Mərkəzi Komitəsinin icraçı katibi seçilmişdir.
Qətli
1919-cı ilin yanvarında baş verən Spartakçılar üsyanı yatırıldıqdan sonra Roza Lüksemburq və Karl Libkxneht qətlə yetirilmişdir. Yoxiqes dostlarının və yoldaşlarının qətlini tədqiq etməyə və cinayətkarları ifşa etməyə çalışmışdır.
10 mart 1919-cu ildə polis tərəfindən həbs olunan Leo Yoxiqes Moabit həbsxanasına aparılmış və elə həmin gün polis zabiti tərəfindən arxadan vurularaq qətlə yetirilmişdir.
Həmçinin bax
Roza Lüksemburq Karl Libknext Spartak İttifaqı Almaniya Kommunist Partiyası Frans Merinq
İstinadlar
Ədəbiyyat siyahısı
Kateqoriya:Almaniya inqilabçıları Kateqoriya:Almaniya kommunistləri Kateqoriya:Güllələnənlər Kateqoriya:İnqilabçılar Kateqoriya:İsveçrə şəxsləri Kateqoriya:Kommunistlər Kateqoriya:Qətl qurbanları Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Polşa yəhudiləri Kateqoriya:RSDFP-nin V qurultayının nümayəndələri Kateqoriya:Siyasi məhbuslar Kateqoriya:Vilnüs siyasətçiləri Kateqoriya:Vilnüs şəxsləri