Frans Ksaver Şvars () — Almaniyanın Nasist Partiyasının yüksək rütbəli məmuru və partiyanın mövcud olduğu dövrün böyük hissəsində onun Reyxsşatsmeysteri (milli xəzinədarı). O, həmçinin Mühafizə dəstəsi (SS) təşkilatının ən yüksək rütbəli üzvlərindən biri idi.
Həyatı Atası çörəkbişirən olan Şvars Güntsburqda səkkizuşaqlı ailədə yeddinci uşaq olaraq anadan olmuşdur. O, Güntsburq peşə təhsili məktəbində orta məktəb səviyyəsinə qədər təhsil almışdır. Şvars 1899-cu il avqustun 26-da Berta Breherlə evlənmişdir. 1914-1918-ci illər müharibə dövrü istisna olmaqla, o, 1900-cü ildən 1924-cü ilə qədər Münhen şəhər idarəsində inzibati məmur kimi çalışmışdır. Birinci Dünya müharibəsi zamanı Şvars Almaniya İmperator Ordusunda gizir () rütbəsində xidmət etmişdir. Qısa müddət taqım komandiri vəzifəsində xidmət etmiş, lakin ömrü boyu ona əziyyət verən mədə xəstəliyi səbəbindən 1916-cı ilin yanvarında döyüş xidmətindən azad edilmişdir. Müharibənin sonunda aktiv xidmətdən tərxis olunmuş, ona 30 faizlik hərbi əlillik pensiyası təyin edilmiş, ehtiyata keçirilmiş və 1920-ci ildə leytenant rütbəsi almışdır. Münhen Şəhər Şurasında inzibati işdə çalışmağa başlayan Şvars 1919-cu ildə Veymar Respublikasının ən böyük və ən nüfuzlu antisemit təşkilatı olan Alman Xalq Müdafiə və Hücum İttifaqına () daxil olmuşdur.
Nasist Partiyasında fəaliyyəti Şvars 1922-ci ildə Nasist Partiyasına daxil olmuş və 1923-cü ilin noyabrında uğursuzluqla nəticələnən Pivə qiyamında iştirak etmişdir. Partiya Almaniya hökuməti tərəfindən qadağan edildikdə, Şvarts Münhendə yerləşən nasist ön təşkilatı olan Böyük Alman Xalq Birliyinə qoşulmuşdur. O, 1924-cü il iyulun 9-dan təşkilat buraxılanadək onun idarə heyətinin xəzinədarı vəzifəsində çalışmışdır.
1925-ci il fevralın 27-də Nasist Partiyası yenidən təsis edildikdə Şvars dərhal yenidən ona qoşuldu və altı nömrəli partiya üzvü oldu. Partiyanın ilk üzvlərindən biri kimi o, sonralar "Qızıl Partiya" nişanı ilə təltif edilmişdir. 1925-ci il martın 21-də Münhen Şəhər Bələdiyyəsindəki mühasib işini tərk edərək Nasist Partiyasının daimi xəzinədarı olan Şvars partiyanın maliyyə və inzibati fəaliyyətini yenidən qurdu. Adolf Hitlerin "Mənim mübarizəm" () kitabının nəşri üçün vəsait toplayan da məhz Şvars idi. 1930-cu ilin aprel–may aylarında Şvars partiyanın Münhendəki Brienner küçəsi 45 ünvanında yerləşən qərargahı olan Qəhvəyi evin () satın alınması üzrə danışıqlar apardı. 1929-cu ilin dekabrından 1934-cü ilin oktyabrınadək Şvars Münhen şəhər şurasının üzvü idi. 1931-ci il sentyabrın 16-dan etibarən Hitler Şvarsa Nasist Partiyasının bütün maliyyə məsələləri üzrə tam səlahiyyət verdi.
Nasistlərin hakimiyyəti ələ keçirməsindən sonra Şvarts 1933-cü ilin martında partiyanın seçki siyahısı üzrə Reyxstaqa seçildi. 1933-cü ilin noyabr seçkilərində o, 26 saylı seçki dairəsindən, Frankoniyadan deputat kimi yenidən seçildi, 1936-cı ilin mart seçkilərində isə 24 saylı seçki dairəsinə, Yuxarı Bavariya-Svabiyaya keçdi və nasist rejiminin süqutuna qədər bu mandatı saxladı.Franz Xaver Schwarz entry in the Reichstag Members Database 1933-cü il iyunun 2-də həmçinin Nasist Partiyasının ikinci ən yüksək siyasi rütbəsi olan reyxslayter () təyin edilən Şvars 1933-cü il oktyabrın 2-də Alman Hüququ Akademiyasının ilk iclasında onun üzvü oldu.Hans Frank (Ed.): Jahrbuch der Akademie für Deutsches Recht, 1st Edition, 1933-1934. Schweitzer Verlag, München/Berlin/Leipzig, p. 257. Hitler 1935-ci il noyabrın 27-də Şvarsın 60 illik yubiley mərasimində iştirak etdi. Hitlerin bütün sərvətini partiyaya vəsiyyət etdiyi 2 may 1938-ci il tarixli vəsiyyətnaməsində onun Şvarsın iştirakı ilə açılması şərti də yer alırdı.
Əsasən üzvlük haqlarına əsaslanan partiya xəzinəsinə rəhbərlik etməklə yanaşı, Şvars Nasist Partiyasının unikal üzvlük nömrələrinin mərkəzləşdirilmiş şəkildə verilməsinə də cavabdeh idi. Üzvlər vəfat etdikdə və ya üzvlük haqqını ödəməyi dayandırdıqda köhnə nömrələr yeni üzvlərə verilmirdi. Köhnə üzvlər sonradan üzvlük haqlarını yenidən ödəməyə başlasaydılar, onlara yeni partiya nömrəsi verilirdi. 1945-ci ilə qədər Nasist Partiyasının uçotunda 8,5 milyon üzv var idi. Şvars bacarıqlı inzibatçı sayılırdı və ümumiyyətlə partiya siyasətindən kənarda qalırdı. Xəzinədar kimi o, 1933-cü ildə Nasist Partiyasına üzvlüyün dondurulması qərarını icra etmişdi.
SA və SS üzvlüyü 200px|thumb|right|F.K.Şvars Nürnberq qurultayında Nasist Partiyasının liderləri ilə söhbət edəkən. 1936-cı ilin sentyabr ayı. 1931-ci il dekabrın 18-də Şvars nasistlərin hərbiləşdirilmiş təşkilatı olan Hücum dəstələrində (, SA) SA-Qruppenfürer rütbəsinə təyin edildi. 1932-ci ilin iyununda Şvars Mühafizə dəstəsinə (, SS) SS-Qruppenfürer rütbəsi ilə daxil oldu və 38 500 nömrəli SS üzvü oldu. 1933-cü il iyulun 1-də o, SS-Oberqruppenfürer rütbəsinə yüksəldildi. 1933-cü il noyabrın 9-da onun SA rütbəsi də SA-Oberqruppenfürer rütbəsinə qaldırıldı. Nəhayət, 1942-ci il aprelin 20-də o, yenicə təsis edilmiş SS-Oberst-Qruppenfürer rütbəsinə yüksəldildi və bu rütbəni daşımış cəmi dörd nəfərdən biri oldu.
1944-cü il iyunun 5-də Şvars Hitler tərəfindən həmin ilin aprelin 24-25-də Münhen üzərinə hava hücumları zamanı göstərdiyi fəaliyyətə görə yüksək hərbi mükafat olan Döyüş ləyaqət xaçı (I dərəcə, qılınclarla) () ilə təltif edildi. Bundan əlavə, müharibənin sonunda Şvars Qrünvaldda Folksşturm batalyonuna rəhbərlik edirdi. O, amerikalılar tərəfindən həbs edildi və Külqabı () düşərgəsində saxlanıldı.
Ölümü Şvars 1947-ci il dekabrın 2-də Regensburq yaxınlığındakı Müttəfiqlərin başqa bir düşərgəsində təkrarlanan mədə xəstəliyi səbəbindən vəfat etdi. Vəfat edərkən 72 yaşında olan Şvars 1948-ci ilin sentyabrında ölümündən sonra Münhen denasifikasiya məhkəməsi tərəfindən "əsas təqsirkar" kimi təsnif edildi və bütün əmlakı müsadirə olundu.
İstinadlar
Ədəbiyyat siyahısı
Hallgarten, George W. F. (1952). "Adolf Hitler and German Heavy Industry, 1931-1933", The Journal of Economic History.
Orlow, Dietrich (1973). The History of the Nazi Party: 1933-1945. University of Pittsburgh Press.
Weinberg, Gerhard L. (1955). "Hitler's Private Testament of May 2, 1938", The Journal of Modern History.
Kateqoriya:Almanlar Kateqoriya:Nasist Almaniyasının hökumət rəsmiləri Kateqoriya:SS generalları