Nuha — qədim ərəb mifologiyasında müdriklik tanrısı. O həmçinin ehtimal ki, ay tanrısı kimi də qəbul edilmişdir. Səmud ərəblərinin panteonunda (Ruda ilə yanaşı) ali tanrı, ulu baba və xalqın hamisi, ölkənin hökmdarı, dəvələrin və quyuların qoruyucusu kimi çıxış etmişdir.Лундин А. Г. Нахи //

O, Günəş, Ay və Veneranı simvolizə edən Atarsamain və Ruda ilə birlikdə qədərilərin üçlüyünün bir hissəsini təşkil etmişdir. E.ə. IV–IX əsrlərdə Cənubi Ərəbistan padşahlıqlarında (Əvsan, Məin, Qətafan, Həzrəmövt) buna bənzər üçlük Əstər, Yam və Vadddan ibarət olmuşdur.

Nəcd bölgəsindəki şimali ərəb dilində yazılmış kitabələrdə Nuha (digər tanrılarla birlikdə) duyğuların mənbəyi kimi xatırlanmışdır.Hoyland, 2001, p. 207.

İstinadlar

Kateqoriya:Ərəb ilahələri Kateqoriya:Günəş tanrıları Kateqoriya:Müdriklik ilahları Kateqoriya:Ərəb mifologiyasının tanrıları