Karl Frederik Vilhelm (; ) — I Layninqen şahzadəsi.
1724-cü ildə Durkxaymda Layninqen qrafı Fridrix Maqnusun ilk oğlu olaraq dünyaya gəldi. Özündən 2 yaş kiçik qardaşı olsa da, yetkinlik yaşına çata bilmədi və atasının yeganə varisi kimi 1756-cı ildə onun ölümüylə ata mal-mülkünü miras aldı.
24 iyun 1749-cu ildə dayısı qızı Kristina Vilhelmina Luiza ilə evləndi. Xanımının 1803-cü ildə vəfatıyla dul qaldı və bir daha evlənmədi. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.
Yelizaveta Kristina Marianna (1753-1792) Şarlotta Luiza Poliksena (1755-1785) Karolina Sofiya Vilhelmina (1757-1832) Emix Karl (1763-1814)
3 iyul 1779-cu ildə Müqəddəs Roma imperatoru II İosif tərəfindən Layninqen şahzadəsi ünvanı aldı. 1801-ci ildə Reyn çayının sol sahilindəki bir çox mülkləri fransızlar tərəfindən işğal edildi. 1803-cü ildə Napoleon Bonapart rərəfindən yaradılan kukla knyazlığın idarəsini ələ alsa da, 1806-cı ildə Reyn Konfederasiyasının yaradılmasıyla hakimiyyəti sonlandı.
Ertəsi il 82 yaşında vəfat etdi.
Mənbə
Ədəbiyyat
Wilson, Peter H. (29 February 2016). Heart of Europe: A History of the Holy Roman Empire. Harvard University Press. p. 663. ISBN 9780674058095
İstinadlar