Dərəcənnət — Azərbaycan Respublikasının Şəki rayonunun Suçma kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Dərə Cənnətli Şəki rayonunun Sucma inzibati ərazi vahidində kənd. Daşüz silsiləsinin yamacındadır. Rayonun ərazisində cənnətli tayfa adı ilə bağlı digər kənd adından (Təpə Cənnətli) fərqləndirmək məqsədilə nisbətən çökəkdə olan bu kənd Dərə Cənnətli adlandırılmışdır"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..

Əhalisi Kəndin əhalisi 879 nəfər təşkil edir ki, onun da 435 nəfəri kişi, 444 nəfəri isə qadındır.

İstinadlar

Kateqoriya:Şəki rayonunun kəndləri