Məmməddərə (əvvəlki adı: Məmmədadzor) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Məmmədadzor kəndi Məmməddərə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Məmməddərə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Kəndin keçmiş adı Məmmədkənd olmuşdur. XX əsrin əvvəllərində gəlmə erməni ailələri burada yerləşdirildikdən sonra kənd Məmmədadzor (Məmməd dərəsi) adlandırılmışdır. 1992-ci ildə kəndin adı Məmməddərə şəklində rəsmiləşdirilmişdi.

Tarixi

Tarixi abidələri Məmməddərə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi225Alban məbədi 1147-ci ilMəmməddərə kəndiMemarlıqÖlkə

Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX

İstinadlar

Həmçinin bax

Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Çiraquz kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri