Şəfibəyli — Azərbaycan Respublikasının Goranboy rayonunun Qarqucaq kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kənd Qaraçayın hər iki sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə şuşalı İsabəyin oğlu Şəfibəy salmışdır. Şəfibəyin köhnə qəbiristandakı qəbrinin kitabəsindən onun XVIII əsrdə yaşadığı məlum olur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 403 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Həmçinin bax
Kateqoriya:Goranboy rayonunun kəndləri