Nuravud — Azərbaycan Respublikasının Lerik rayonunun Nuravud kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 602 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası Yaşayış məntəqəsini orand tayfasının üçüncü qoluna məxsus ailələr salmışlar. Kənddə Təbriz şəhərindən gəlmiş ailələr çoxdur. Kəndin adı Türk dilində Nurabud kimi tələffüz olunur. Oykonim nura/nüra (monq. “dağ silsiləsi”, “sıldırım qayalıq”) və vud (Azərbaycan dilinin dialektlərində vird variantında “təpəlik” mənasında işlənir) komponentlərindən düzəlib, “dağ silsiləsinin yaxınlığında, yüksəklikdə olan kənd” mənasındadır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.

Tarixi 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Nüravud kənd inzibati ərazi dairəsi tərkibindəki Nüravud kəndi Nuravud kəndi adlandırılsın, Nüravud kənd inzibati ərazi dairəsi Nuravud kənd inzibati ərazi dairəsi adlandırılmışdır.Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 29 mart 2005-ci il tarixli 871-IIQ saylı Qanunu — e-qanun.az saytı

İstinadlar

Kateqoriya:Lerik rayonunun kəndləri