Veri Əliabadı — Azərbaycan Respublikasının Lerik rayonunun Veri kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 812 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010. Əhalinin milli tərkibi etnik talışlardır.
Toponimiyası Oykonimlər "Əlinin kəndi, Əliyə məxsus yaşayış məntəqəsi" mənasındadır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
Tarixi 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Veri kənd inzibati ərazi dairəsi tərkibindəki Əliabad kəndi Veri Əliabadı kəndi adlandırılmışdır.Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 29 mart 2005-ci il tarixli 871-IIQ saylı Qanunu — e-qanun.az saytı
Təhsil Kənddə tam orta məktəb yerləşir. Məktəbin ilk binası 1990-ci ildə tikilmişdir. 2017-ci ildə həmin məktəb sökülərək yerinə yeni modul tipli məktəb tikilmişdir.
İstinadlar
Kateqoriya:Lerik rayonunun kəndləri