Zəhmətabad — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun Kövüzbulaq kənd inzibati ərazi dairəsində kənd.
Ərazisi Zəhmətabad kəndi Azərbaycan Respublikasının Cəlilabad rayonunun sərhədboyu (İran İslam Respublikası ilə) ərazisində yerləşir. Bu kənd ərazisində hündürlüyü 600-800 metr olan dağlarla əhatə olunmuşdur.Cənubda İran İslam Respublikası, Şimalda Soltankənd kəndi, qərbdə Kövüzbulaq kəndi, şərqdə Musalı kəndləri ilə həmsərhəddir. Bu kəndin ərazisində Respublikamızın sərhəd çayı olan Bolqarçay axır.
Toponimikası Zəhmətabad kəndinin Keçmiş adı Məhəmmədabad olmuşdur. Sovet hakimiyyəti dövründə kənd sakinləri yüksək əməksevər və zəhmətkeş olduqlarına görə 1930-cu ildə kəndi Zəhmətabad adlandırmışlar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən, kənddə 559 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı əsas olaraq kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil əkinçilik əsasən dəmyə əkinçiliyidir və ən çox dənli (arpa,buğda) bitkilər yetişdirilir. İqtisadi əhəmiyyətli olan Bakı-Yardımılı magistral yolu bu kəndin ərazisində keçir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri