Ulduz — rejissor Ağarza QuliyevinAzərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. "Ağarza Quliyev haqqında qeyd". Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 26. filmi.Novruz, R. “Ulduz”, “Əhməd haradadır?”, “Görüş” filmləri çox sadəlövh filmlərdir: Ramiz Novruz: “Elə şeylər var ki, onu tamaşaçı bilməməlidir”: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xalidə Gəray //Yeni Müsavat.- 2015.- 7 dekabr.- S.13. 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb.

Məzmun Kinokomediya iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışır.

Film haqqında Film bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb. Bəzi kadrlar Lənkəranda, toy səhnəsi kinostudiyanın pavilyonunda, ilk səhnələr isə Mərdəkan qəsəbəsinin Mədəniyyət Sarayında lentə alınıb. Filmin sınaq çəkilişlərində Şubay roluna namizəd kimi aktyor Tariyel Qasımov iştirak edib.Orxan Fikrətoğlu. "Filmin sonu" [Ağarza Quliyevin "Ulduz" filmi haqqında] //ATV.- 2016.- 14 mart. Hacıbaba Bağırovun kinoda ilk işi olub. Filmin maraq doğuran tvist səhnəsində Məleykə Ağazadə (Nazilə) və Hacıbaba Bağırov (Möhsün) Çubbi Çekerin ifasında mahnısını həqiqətən də özləri oynayıblar.

Tamilla Rüstəmovanın (Ulduz) peşəkar aktrisa deyil, televiziya diktoru olması, Suğra Bağırzadənin (Yetər) isə hələ məktəb şagirdi olması film tənqidçiləri tərəfindən tənqid olunub.

2019-cu ilin noyabrında filmin 55 illiyi ilə əlaqədar, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və “Səba” ASC-nin sponsorluğu ilə ANS Şirkətlər Qrupuna daxil olan "BALANS" Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilib.

BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş "Ulduz" filminin yenilənmiş versiyası 2019-cu il dekabrın 3-də Nizami Kino Mərkəzində təqdimat keçirilib. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev dedi ki, 1964-cü ildə Ağarza Quliyev tərəfindən lentə alınmış “Ulduz” filminin pozitivi çox keyfiyyətsiz olub və mütəxəssislər onu çətinliklə də olsa, bərpa edib. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirib.

Mərasimdə çıxış edən “Səba” ASC-nin Baş direktoru Fuad Ələkbərov bu tip layihələrdə iştirak etdiklərinə görə fəxr hissi keçirdiyini bildirib. Təqdimat mərasimində çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev Azərbaycan kino incilərini bərpa edib Azərbaycan xalqına qaytardığına görə Vahid Mustafayevə təşəkkür edib.

Daha sonra filmdə Yetər obrazında çəkilən Suğra Bağırzadə filmin çəkilişi ilə bağlı xatirələrini bölüşüb. "Ulduz" musiqili operettasının müəllifi Süleyman Ələsgərovun (1924-2000) nəvəsi Tahir İmanov milli sərvətimiz olan "Ulduz" filmini bərpa etdiyinə görə Süleyman Ələsgərovun ailəsi adından Çingiz Mustafayev adına Fonda, ANS Şirkətlər Qrupuna, Vahid Mustafayevə, "Səba" şirkətinə və "BALANS Studiyası"na təşəkkürünü bildirib.

Təqdimatda Oqtay Mirqasımov, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Ayaz Salayev, Vasif Babayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər. “Diriliş "Balans”ı" ["BALANS" Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş Ağarza Quliyevin "Ulduz" filminin yenilənmiş versiyası haqqında] //İstipress.-2019.- 3 dekabr.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Süleyman Ələsgərov Ssenari müəllifi: Ağarza Quliyev, Hüseyn Nəcəfov, Yuli Fogelman Libretto: Sabit RəhmanAllahverdiyev, E. Şedevrlər kolleksiyası: "O olmasın, bu olsun", "Hicran", "Ulduz", "Əhməd haradadır?" və s.: [Yazıçı və dramaturq Sabit Rəhmanın Azərbaycan kinosunun inkişafındakı rolu haqqında] //Ekran-efir. — 2010.- 14 may.- S. 7. Mahnıların mətni: Zeynal Cabbarzadə Quruluşçu rejissor: Ağarza Quliyev Quruluşçu operator: Yuli Fogelman Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Süleyman Ələsgərov Rejissor: Niyaz Şərifov Geyim rəssamı: Faiq Əhmədov Səs operatoru: Şamil Kərimov Redaktor: Hüseyn Nəcəfov Rejissor assistenti: L.Berladir, Ə. İsmayılov Operator assistenti: Eduard Qalakçiyev, Valeri Kərimov Rəssam assistenti: Ə.Əzizov Rəqslərin quruluşu: Əminə Dilbazi Qrim rəssamı: Y.Skaçenkova, Telman Yunusov Quraşdırılmış səhnələrin operatoru: Yuli Fogelman Quraşdırılmış səhnələrin rəssamı: N.Xarbikov Çalır: Azərbaycan Musiqili Komediya Teatrının Orkestri Musiqi rəhbəri: Süleyman Ələsgərov Dirijor: Süleyman Ələsgərov Filmin direktoru: Bəşir Quliyev Mahnı ifa edən: Lütfiyar İmanov, Mirzə Babayev, Mobil Əhmədov

Rollarda Tamilla Rüstəmova — Ulduz Hacımurad Yegizarov — Bəxtiyar Lütfəli Abdullayev — Məhəmməd Nəsibə Zeynalova — Züleyxa Məleykə Ağazadə — Nazilə Bəşir Səfəroğlu — Gülümsərov Hacıbaba Bağırov — Möhsün Səyavuş Aslan — Şubay Suğra Bağırzadə — YetərBağırova, S. 48 ildir ki, parlayan “Ulduz”: [Əməkdar artist Suğra Bağırova ilə söhbət] //Mərkəz.- 2012.- 1 sentyabr.- S. 14. Bahadur Əliyev — Qədir Əzizağa Qasımov — Əliş Nəcibə Behbudova — Tamam Məmmədsadıq Nuriyev — Bayram Fazil Salayev — Foto-müxbir Ramiz Məlikov — kənd sakini Hacı İsmayılov — rəqs edən Mirzəbala Məlikov — kənd sakini Əliheydər Həsənzadə — Əbilqasım Azad Dadaşov — Mahir Marqarita Şamxoryan — bufetçi İsmayıl İsayev — kənd sakini

Filmi səsləndirənlər İsmayıl Əfəndiyev — Gülümsərov (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur) Məlik Dadaşov — Möhsün (Hacıbaba Bağırov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Ulduz (Tamilla Rüstəmova) (titrlərdə yoxdur) Müxlis Cənizadə — Bəxtiyar (Hacımurad Yegizarov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Şubay (Səyavuş Aslan) (titrlərdə yoxdur) Hökümə Qasımova — Tamam (Nəcibə Behbudova) (titrlərdə yoxdur) Həsən Əbluc — tələbə (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1964-cü ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:1964-cü ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər