Qıvraq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda qəsəbə, Kəngərli rayonunun inzibati mərkəzi.
Tarixi Bu gün Kəngərli rayonunun mərkəzi sayılan Qıvraq ərazisində də monqollar dövründə məskunlaşma olmuşdur. Bu mənada "Qıvraq" adının monqol tayfalarının Qaraqorumdan əvvəlki mərkəzi olmuş və 1228-ci il Qurultayının keçirildiyi Auraqdan gəldiyini ehtimal etmək olar.Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII–XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s.53 Monqol torpaqlarındakı Auraq şimal istiqamətində dağ bölgələrinə gedən yolda yerləşirdi. Mənası qaynaq olan, əski monqolca "Auraq" adlandırılan və qədim zamanlardan məşhur olan şəfa ocaqları buranı dövrələmişdiMen C. Çingiz xan. Bakı:Qanun, 2006, 480 s., s. 22. Ərazinin cənubundan Kerulen çayı axır, çayın cənub sahilində isə bozqır çölləri uzanırdı. Naxçıvan ərazisindəki Qıvraqın yerləşdiyi mövqeyə də baxarkən bu iki ərazi arasındakı açıq-aşkar oxşarlıq sezilməkdədir. Mümkündür ki, bu bənzərlik səbəbindən monqollar bu əraziyə "Auraq" adını vermiş, zamanla bu söz dilimizdə "Qıvraq" formasına düşmüşdür. Kənd Əmanulla xan Naxçıvanski nin (1845–1891) məxsus olmuşdur.
Əhalisi 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən Qıvraq kəndində əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 1.661 nəfər əhaliyaşayırdı."Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 140
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Qıvraq qəsəbəsinin 5,4 min nəfər əhalisi vardır.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı (min nəfər)
Həmçinin bax Qarayanlıq
İstinadlar
Kateqoriya:Kəngərli rayonunun qəsəbələri