Ömrün səhifələri 1974-cü ildə ekrana çıxan 3 hissəli kinoalmanax və novella. Məzmun

Ömrün səhifələri İntermediyada novelladan novellaya keçid edilir. Hadisələr bir restoranda oğlundan telefon zəngi gözləyən bir adamın (Şəmsi Bədəlbəyli) ətrafında baş verir. Və bu restoranda Fazil (Fazil Salayev), Eldəniz (Eldəniz Zeynalov), Baladadaş (Şamil Süleymanov), Fəxrəddin (Fəxri Həsənov) və s. obrazlar da vardır. Birinci novellanı telefon gözləyən kişiyə Fazilin özü danışır. İkinci novella Baladadaşın özünün yadına düşür. Üçüncünü isə Fəxrəddin danışır.

Rəqiblər

Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır.

Baladadaşın ilk məhəbbəti

Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır. Lakin, təəssüf ki, bu məhəbbət təktərəfli olur və Baladadaş (Şamil Süleymanov) filmdəki mahnının sözlərindəki kimi hərəkət edir: "Sənə olan eşqimi sənə də alçaltmaram".

Nəğmə dərsi

Burada şəxsi həyatı müvəffəqiyyətsizliyə uğrayan gənc fəhlə oğlanın (Əliabbas Qədirov) I sinifdə oxuyan oğlu-Fəxrəddin (Fəxri Həsənov) ilə gizli görüşlərindən danışılır. Gənc ata oğlunu sevir, uşağın gələcək taleyi onu narahat edir. Bu qısa görüş zamanı o özünü oğluna istədir və uşağın da qəlbində ataya qarşı məhəbbət hissini oyatmağa çalışır.

Film valideynlərin öz uşaqları üçün məsuliyyət daşımaları haqqında həzin hekayətdir.

Film haqqında

Kinoalmanax

Kinoalmanax 3 novelladan ibarətdir : "Rəqiblər", "Baladadaşın ilk məhəbbəti" və "Nəğmə dərsi"

Baladadaşın ilk məhəbbəti

Film rejissor Fikrət Əliyevin rejissor kimi kinoda ilk işidir.

Film Elçinin eyniadlı hekayəsi əsasında yaradılmışdır.

Baladadaş rolu üçün sınaq çəkilişlərinə dəvət alanlardan biri də aktyor Telman Adıgözəlov olub.

Nəğmə dərsi

Film rejissor Gülbəniz Əzimzadənin diplom işidir.

Film quruluşçu operator Valeri Kərimovun kinoda ilk işidir.

Film yazıçı Rüstəm İbrahimbəyovun eyniadlı novellası əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ömrün səhifələri Ssenari müəllifi: Həsən Seyidbəyli Quruluşçu rejissor: Həsən Seyidbəyli Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Fikrət Əmirov Səs operatoru: Ələkbər Həsənzadə Filmin direktoru: Yusif Yusifzadə Bədii rəhbər: Həsən Seyidbəyli

Rəqiblər Ssenari müəllifi: Ramiz Fətəliyev, Teymur Bəkirzadə Quruluşçu rejissor: Teymur Bəkirzadə Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Akif Nuriyev Redaktor: İntiqam Qasımzadə Filmin direktoru: Akif Musayev, Yusif Yusifzadə

Baladadaşın ilk məhəbbəti Ssenari müəllifi: Elçin Quruluşçu rejissor: Fikrət Əliyev Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Kamal Seyidov Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Yusif Yusifzadə Mahnıların mətni: Fikrət Qoca

Nəğmə dərsi Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Gülbəniz Əzimzadə Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Fikrət Əmirov Səs operatoru: Ələkbər Həsənzadə Redaktor: İntiqam Qasımzadə Filmin direktoru: Kamil Hacıyev Rejissor köməkçisi: Yusif Əlizadə

Rollarda Ömrün səhifələri Şəmsi Bədəlbəyli — telefon gözləyən adam Fazil Salayev — Fazil Eldəniz Zeynalov — Eldəniz Sona Aslanova — telefon gözləyən adamın arvadı Şamil Süleymanov — Baladadaş Fəxri Həsənov — Fəxrəddin Muxtar Maniyev — Muxtar Hacıbaba Bağırov — papaqlı müştəri Nicat Bəkirzadə — Hüseyn Sədaqət Dadaşova Dinarə Yusifova — Baladadaşın nişanlısı P.Rzazadə İntiqam Qasımzadə

Rəqiblər Fazil Salayev — Fazil Eldəniz Zeynalov — Eldəniz Muxtar Maniyev — Muxtar Naib Rəsulov - milis işçisi Novruz Axundov — pivə içən Ələsgər Məmmədoğlu — Ələsgər Yusif Yulduz — məhəllə sakini Nadir Əsgərov — pivə içən Kamil Məhərrəmov — pivə içən Bahadur Əliyev — müştəri

Baladadaşın ilk məhəbbəti Şamil Süleymanov — Baladadaş Ruhəngiz Musəvi — Sevinc Mirvari Novruzova — Sevincin anası Yusif Muxtarov — Sevincin nişanlısı

Nəğmə dərsi Əliabbas Qədirov — ata Fəxri Həsənov — Fəxrəddin-oğul G.Rəsulova - Fəxrəddinin anası Elxan Ağahüseynoğlu — satıcı Bikəxanım Rzazadə - məktəb işçisi Əminə Ağayeva - müəllimə Filmi səsləndirənlər Ömrün səhifələri Səməndər Rzayev — telefon gözləyən adam (Şəmsi Bədəlbəyli) (titrlərdə yoxdur)

Rəqiblər Tələt Rəhmanov — pivə içən (Novruz Axundov) (titrlərdə yoxdur) Rasim Balayev — meyxana deyən (titrlərdə yoxdur)

Baladadaşın ilk məhəbbəti Ramiz Əzizbəyli — Baladadaş (Şamil Süleymanov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Murad (Yusif Muxtarov) (titrlərdə yoxdur) Xuraman Hacıyeva — Sevinc (Ruhəngiz Musəvi) (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.

Xarici keçidlər Filmi izlə Kino-teatr.ru Kinopoisk.ru

Kateqoriya:1974-cü ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Azərbaycanın komediya filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:Teymur Bəkirzadənin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Gülbəniz Əzimzadənin filmləri Kateqoriya:Fikrət Əliyevin filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:SSRİ-nin uşaq filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Həsən Seyidbəylinin filmləri