Qərvənd bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Tarixi 07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsində nəzərdə tutulmuş 8 bələdiyyədın biri də Ağdam rayonunun Qərvənd bələdiyyəsi olmuşdu. Həmin vaxt bu Bələdiyyənin ərazisinə aşağıdakı kəndlər aid edilmişdi: Orta Qərvənd, Ayaq Qərvənd, Çıraxlı, Əhmədağalı, Kolqışlaq və Mirəşelli kəndləri.

Bələdiyyəyə VÖEN verilmiş, o statistik ərazi təsnifatına daxil edilmişdir.

2000-ci il tarixli Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi təsdiq edilib və onun 21.09.2005-ci il tarixli 09 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv olunub.

18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq bu Bələdiyyə Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.

2003 - 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla "Qərvənd bələdiyyəsinin əhatə etdiyi Əhmədağalı, Çıraxlı, Kolqışlaq və Mirəşelli kəndlərində Əhmədağalı bələdiyyəsi" yaradılmış, həmin kəndlər Qərvənd bələdiyyəsinin tabeliyindən çıxarılmışdı.

21.09.2005-ci il tarixli 09 nömrəli Protokolunda təsbit edilmiş 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi qəbul olunub və Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin 10.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit eidlmiş 3-cü Qərarı ilə ləğv edilib.

2020 - 2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.

10.09.2024-cü il tarixli 09 nömrəli Protokolunda təsbit olunmuş Qərara əsasən əhali sayının Qanunla müəyyən edilmiş minimum həddən aşağı olması ilə əlaqədar Ağdam rayonunun Qərvənd bələdiyyəsi tərəfindən Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinə birləşmə qərarı verilib.

18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla "7.4. Əhmədağalı, Qərvənd və Təzəkənd bələdiyyələrinin əhatə etdiyi Bənövşələr, Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd qəsəbələrində və Ayaq Qərvənd, Çıraxlı, Əhmədağalı, Kolqışlaq, Mirəşelli, Orta Qərvənd, Təzəkənd kəndlərində Əhmədağalı bələdiyyəsi" yaradılıb. Bununla da Qərvənd bələdiyyəsinin fəaliyyətinə xitam verilib, aktivləri yeni yaradılan Əhmədağalı bələdiyyəsinə təhvil verilib.

Mərkəzi və ərazisi "Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna əsasən Ağdam rayonunun Qərvənd bələdiyyəsinin mərkəzi Ağdamın Qərvənd inzibati ərazi dairəsində yerləşən Ayaq Qərvənd kəndi olub.

Bu Bələdiyyələnin ərazisinə aşağıdakılar aid edilib: Bələdiyyənin tam adıVÖENBələdiyyə ödəyiciləri üçün vergi koduBələdiyyənin statistik koduİnzibati ərazi dairəsiİƏD statistik kodİnzibati ərazi vahidiİƏV statistik kod Ağdam rayonunun Qərvənd bələdiyyəsi3200032271320860910007Qərvənd kənd iəd60910005Ayaq Qərvənd kəndi60910038Orta Qərvənd kəndi60910028Əhmədağalı kənd iəd60927005Əhmədağalı kəndi60927018Çıraxlı kəndi60927028Kolqışlaq kəndi60927038Mirəşelli kəndi60927048 Hesab olunub ki, həmin dövrdə Ermənistan SQ-nin işğalı altında olan aşağıdakı kəndləri azad olunduqda, onlar bu Bələdiyyənin ərazisinə qatılacaqdır: İnzibati ərazi dairəsiİƏD statistik kodİnzibati ərazi vahidiİƏV statistik kod Qərvənd kənd iəd60910005Baş Qərvənd kəndi60910018Şıxlar kəndi60910048

İstinadlar

Kateqoriya:Ağdam rayonunun ləğv olunmuş bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr Kateqoriya:2024-cü ildə Azərbaycanda ləğv olunan bələdiyyələr