Türkiyə () və ya rəsmi adı ilə Türkiyə Respublikası () — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. "Europe" (pp. 68–69); "Asia" (pp. 90–91): "A commonly accepted division between Asia and Europe … is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles." Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.

Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir. Rəsmi dil türk dilidir. Türk dili ilə yanaşı kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillər də danışılır.

Müasir Türkiyə ərazisi paleolit dövründən etibarən müxtəlif xalqlar tərəfindən məskunlaşma mərkəzinə çevrilmişdir. Aysorlar, yunanlar, frigiyalılar, uratular bu ərazilərin ilk sakinləri hesab olunur. Makedoniyalı İsgəndər bu əraziləri ələ keçirdikdən sonra yunanlaşma prosesi başlamışdır. Bu proses sonralar Roma İmperiyası və Bizans İmperiyası dövründə də davam etmişdir. XI əsrdə Səlcuq türklərinin əraziyə miqrasiyası başlamışdır. 1071-ci ildə səlcuqluların Malazgird döyüşündə Bizansa qalib gəlməsi Türkiyə quruluşunun başlama tarixi kimi simvolizə edilir. Rum Sultanlığı 1243-cü ildə monqol işğallarına qədər Anadolunu idarə etmiş, həmin tarixdən sonra isə müxtəlif Anadolu bəyliklərinə parçalanmışdır. XIII əsrin sonlarından etibarən Osmanlı sülaləsi Anadoluda yerləşən kiçik bəylikləri özündən asılı vəziyyətə salmağa başlamış və nəticədə, sərhədləri Cənub-Şərqi Avropa, Qərbi Asiya və Şimali Afrikanın çox hissəsini əhatə edən böyük imperiyaya çevrilmişdir. Osmanlı İmperiyası Sultan Süleyman Qanuninin hakimiyyəti illərində ən qüdrətli dövrünü yaşamışdır. İki əsrdən çox müddət ərzində öz qüdrətini qorumasına baxmayaraq, XIX və XX əsrlərdə Avropada strateji əhəmiyyətli ərazilərin itirilməsi, dövlətin hərbi qüdrətinin zəifləməsinə gətirib çıxardı. 1913-cü ildə baş vermiş dövlət çevrilişindən sonra ölkənin idarə olunması "Üç Paşalar"ın əlinə keçdi. Birinci Dünya müharibəsi ərzində Osmanlı İmperiyası İttifaq dövlətlərinə qoşulmağa qərar verdi. Müharibənin başa çatmasından sonra məğlub olan Osmanlı İmperiyası süquta uğradı. İşğalçı qüvvələrə qarşı başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə monarxiyanın ləğv edilməsi və 1923-cü ildə Türkiyə Respublikasının əsasının qoyulması ilə nəticələndi. Atatürk ölkənin ilk prezidenti təyin olundu. Atatürk ölkə başçısı seçildikdən qısa müddət sonra tarixə Atatürk islahatları adı altında daxil olan bir çox önəmli islahatlar həyata keçirildi.

Türkiyə BMT, NATO, BVF və Dünya Bankının üzvü, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, QDİƏT, İƏT və G-20 kimi təşkilatların qurucu üzvüdür. Türkiyə 1949-cu ildən Avropa Şurası, 1963-cü ildən Avropa İqtisadi Birliyi, 1995-ci ildən Avropa İttifaqı Gömrük Birliyinin üzvüdür. 2005-ci ildən etibarən ölkənin Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlar başlasa da, 2017-ci ildə bu danışıqlar dayandırılıb. Hazırda Türkiyə böyüyən iqtisadiyyatı və diplomatik təşəbbüsləri sayəsində regional güc olaraq qəbul edilir.

Etimologiya

Türkiyə sözü iki hissəyə bölünür: Türk etnonimi və "sahibkar" mənasında istifadə olunan -iyə şəkilçisi. "Türk" və ya "Türük" sözlərinə tarixdə ilk dəfə VIII əsrdə Mərkəzi Asiyada dövlət qurmuş Göytürklər tərəfindən Orxon əlifbasının istifadəsi ilə qeydlər aparılan Orxon abidələrində rast gəlinib.Scharlipp, Wolfgang (2000). An Introduction to the Old Turkish Runic Inscriptions. Verlag auf dem Ruffel., Engelschoff. , 9783933847003. Bu sözün müasir dövrdəki halının orijinalı ilk dəfə XII əsrdə italyanlar tərəfindən orta əsr latın dili istifadə edilərək Turchia və ya Turmenia olaraq qeydə alınmışdır. Bunlarla birlikdə, orta əsrin alman səyyahları bölgəni Turkei və ya Tirkenland şəklində, fransızlar isə Turquie şəklində adlandırmışdır.

Yunan dilində eyni mənanı ifadə edən Tourkia adı isə Bizans imperatoru VII Konstantinos tərəfindən De Administrando Imperio kitabında istifadə edilib. Ancaq imperator burada "türklər" adı altında macarları ifadə etmişdir. Eyni şəkildə, Bizans mənbələri Qara dəniz və Xəzər dənizinin şimalında mövcud olmuş türk dövləti olan Xəzər xaqanlığı üçün də Tourkia (türklərin ölkəsi) ifadəsini işlətmişdir. Osmanlı İmperiyası da müxtəlif dövrlərdə digər ölkələr tərəfindən Türkiyə və ya Türk İmperiyası şəklində adlandırılmışdır.

Tarix

Eramızdan əvvəl və Şərqi Frakiya

thumb|Göbəklitəpədəki e.ə 12.000-ci ildə salınmış bəzi tikililər İngiltərədəki Stounhencdən 10 min il daha qədimdir. Bu gün, Türkiyə sərhədləri daxilində yerləşən Anadolu yarımadası, dünyanın ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Müxtəlif Anadolu xalqları bu bölgədə mövcudluluqlarını neolit dövrünün başlanmasına və Böyük İsgəndərin fəthinə qədər qoruyub saxlamışdır. Bu xalqların əksəriyyəti Hind-Avropa dil ailəsinin bir qolu sayılan Anadolu dillərində danışırdılar. Bəzi elm adamları Hind-Avropa dillərinin qədim Anadolu dilləri olan xet və luvidən yarandığı fikrini də irəli sürmüşdür. Frakiyalılar, qırx min il əvvəl, e.ə 6000-ci illərdə neolit dövründə bu bölgədə ilk dəfə maldarlıq və əkinçilik ilə məşğul olan xalq olmuşdur. thumb|Xet İmperiyasının paytaxtı Xattusadakı Aslan Qapısı. Şəhərin tarixi e.ə VI minillikdən başlayır. Eramızdan əvvəl 10.000-ci ilə aid Göbəklitəpə, ölkənin ən qədim dini abidəsinin yerləşdiyi ərazidir. Tarixinin e.ə 7500 və ya e.ə 5700-cü ilə təsadüf etdiyi Mərkəzi Anadoluda yerləşən Çatalhöyük isə neolit və eneolit dövrünə aid ən böyük məskunlaşma mərkəzidir. Bu tarixi ərazi 2012-ci ilin iyul ayında, neolit dövrünə aid ən yaxşı qorunub saxlanılan məskunlaşma mərkəzi olaraq UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. Qədim Troya şəhəri, neolit dövründə salınmış və dəmir dövrünə qədər əsas məskunlaşma mərkəzi olaraq qalmışdır. Tarixə məlum olan ilk Anadolu sakinləri xatt və hürri tayfaları olmuşdur. Hind-Avropa xalqlarından olmayan bu iki tayfa təxminən e.ə. 2300-cü ildə Mərkəzi və Şərqi Anadoluda məskunlaşmışdır. Hind-Avropa xalqlarından biri olan xetlər isə e.ə 2000–1700-cü illərdə Mərkəzi Asiyaya köç edərək xatt və hürrilərin yerini almışdır. Xetlər bölgədə ilk böyük səltənəti e.ə XIII əsrdə qurmuşdur. Aysorlar e.ə 1950—e.ə 612-ci illərə qədər müasir Türkiyə ərazisinin cənub-şərqindəki əraziləri fəth etmiş və burada məskunlaşmışlar. Bununla yanaşı, Aysor yazıları Urartuluların e.ə IX əsrdə Aysorlar ilə münaqişəli münasibətlərinin olduğunu sübut etmişdir.

E.ə təxminən 1180-ci ildə Xet İmperiyasının süqutundan sonra Hind-Avropa xalqları tərəfindən qurulmuş Frigiya, e.ə VII əsrdə Kimmerlərin hücumlarına qədər Anadoluda hökmranlıq etmişdir. E.ə 714—e.ə 590 illəri arasında bu bölgədə Urartulular da məskunlaşmış, lakin daha sonradan parçalanaraq məhv olmuşlar. Frigiyadan sonra Lidiya, Kariya və Likiya dövlətləri bu bölgədə hökmranlığı ələ keçirmişdir.

Qədim dövrlər və Bizans İmperiyası

thumb|Efesdəki Kelsus Kitabxanası Romalılar tərəfindən 114–117-ci illərdə inşa edilmişdir. E.ə. VI əsrdə Lidiya kralı Krez tərəfindən inşa edilən Efes şəhərindəki Artemida məbədi, Qədim Dünyanın Yeddi Möcüzəsindən biridir. Eyollar, ioniyalılar və qədim yunanlar 1200-cü illərdən başlayaraq Anadolu sahillərində məskunlaşmağa başlamışdır. Həmçinin bu dövrdə Milet, Efes, Smirna və Bizantion kimi bir çox vacib şəhərlər salınmışdır. Nəhayət bu şəhərlərdən ən böyüyü olan Meqara, e.ə 657-ci ildə yunan kolonistləri tərəfindən salınmışdır. Həmçinin, Türkiyə, torpaqlarının müasir sərhədlərini ilk dəfə e.ə VI əsrdə, Ortonid satraplığının hökmranlığı dövründə əldə etmişdir.Biblika Ensiklopediyası, Bur. I, səh. 186 (p. 125 of 612 in online .pdf formatda).

E.ə. VI—V əsrlərdə, Anadolu torpaqları fars Əhəmənilər dövlətinin hakimiyyəti altında qalmış və bu hökmranlıq e.ə 334-cü il Böyük İskəndərin fəthinə qədər davam etmişdir. İskəndərin dövründə mədəni qaynaşma və səfərbərlik hərəkatı başlamışdır. E.ə 323-cü ildə İsgəndərin ölümündən sonra Mərkəzi Asiya kiçik ellinist krallıqlara bölündü. Bütün bu krallıqlar e.ə I əsrin ortalarında Roma Respublikasının bir hissəsinə çevrildi. İskəndərin fəthi ilə başlayan Yunanıstan hərəkatı Roma dövründə daha da sürətləndi və əvvəlki əsrlərdə mövcud olan Anadolu dilləri və xalq mədəniyyətləri, sürətlə yunan dili və yunan mədəniyyəti ilə dəyişildi. 324-cü ildə Roma İmperatoru I Konstantin imperiyanın paytaxtını Bizantiona köçürdü və şəhərin adını Nova Roma olaraq dəyişdirdi.Joseph Roisman, Ian Worthington. "A companion to Ancient Macedonia" John Wiley & Sons, 2011. pp. 135–138, 343 395-ci ildə I Feodosinin ölümündən sonra Roma İmperiyası ikiyə bölündü. Xalq arasında adı Konstantinopol kimi yayılan şəhər Şərqi Roma İmperiyasının paytaxtı oldu. Bizans İmperiyasının böyük bir hissəsi sonrakı illərdə Şərqi Roma İmperiyası olaraq tanındı və müasir Türkiyənin bir çox bölgələrində orta əsrlərin sonlarına qədər mövcudluğunu davam etdirə bildi.

Səlcuqlu və Osmanlı İmperiyası

thumb|V Mehmed Rəşad və II Vilhelm, 1917-ci ildə Konstantinopolda.|230px

IX əsrdə Səlcuqlular sülaləsinin Qınıq boyundan olan Oğuz türkləri İslam dinini qəbul etdikdən sonra müsəlmanların geniş yayıldığı ərazilərdə — Xəzər dənizi və Aral gölünün şimalında məskunlaşmağa başladılar. X əsrdə Səlcuqlular, əcdadlarının vətənləri olan Orta Asiya bölgəsindən qərbə, fars torpaqlarına köç etməyə başladılar və Böyük Səlcuq İmperiyasını qurdular. XI əsrin ikinci yarısında Səlcuqlular Anadolunun şərq bölgələrinə yürüyüş etməyə başladılar. 1071-ci ildə Sultan Alp Arslanın dövründə Səlcuqlu türkləri və Bizans arasında baş tutmuş Malazgird döyüşünün Səlcuqlu zəfəri ilə nəticələnməsindən sonra Anadolu torpaqlarında türkləşdirmə hərəkatı başladı. Beləliklə, bölgədə geniş yayılmış xristianlıq və yunan dili, tədricən İslam dini və türk dilləri ilə əvəz olunmağa başladı.

1243-cü ildə Kösedağ döyüşündən sonra Səlcuqlu dövləti monqol qoşunlarına məğlub oldu və dövlət parçalandı. Səlcuqlu dövlətinin yerində kiçik türk knyazlıqları əmələ gəldi.Craig S. Davis. "The Middle East For Dummies" səh. 66 I Osmanın rəhbərlik etdiyi knyazlıq sonralar böyümüş, Anadolu, Balkan yarımadası, Şimali Afrika və Levantı əhatə edən Osmanlı İmperiyası qurulmuşdur. 1453-cü ildə II Mehmedin dövründə Bizans İmperiyasının paytaxtı Konstantinopol ələ keçirilmiş və Bizans süquta uğrayaraq tarixə qarışmışdır.Thomas Spencer Baynes. "The Encyclopædia Britannica: Latest Edition. A Dictionary of Arts, Sciences and General Literature, Volume 23" . Verner, 1902Əminə Fətvacı, "Picturing History at the Ottoman Court" səh. 18