Qaraqoyunlu (1991-ci ilədək Spitakşen) — Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeni Göyçə kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Keçmiş adı Ağkənd olmuşdur. Yerli əhali arasında daha çox bu adla tanınır. Kəndi həmin r-ndakı Dağ Cəyir kəndindən gəlmiş ailələr onlara məxsus binə yerində salmışlar. Yaşayış məntəqəsinə salındığı ərazidə torpağın üst qatının ağ rəngdə olduğuna görə Ağkənd adı verilmişdir. Köçüb gəlmə erməni ailələri burada yerləşdirildikdən sonra kənd Spitakşen adlandırılmışdı. Bu da Ağkənd adının erməni dilinə hərfi tərcüməsidir. 1990-cı ildə kəndin adı yenidən dəyişdirilərək Qaraqoyunlu adlandırılmışdır. Kənd sakinlərinin əksəriyyəti Ermənistanın Qaraqoyunlu mahalından zorla köçürülmüşdür.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Əhalisi Kənd əhalisi 121 nəfərdir ki, onunda 59 nəfəri kişi, 62 nəfəri isə qadınlar təşkil edir.
İstinadlar
Kateqoriya:Şəmkir rayonunun kəndləri