VI Corc (, əsl adı Albert Frederik Artur Georq, ) — Böyük Britaniyanın və onun dominionları olan Kanada, Avstraliya və Cənubi Afrikanın 11 dekabr 1936-cı ildən vəfatına qədər kralı. Vindzorlar sülaləsindəndir.

O Hindistanın sonuncu imperatoru (22 iyun 1948-ci ilədək), İrlandiyanın sonuncu kralı (18 aprel 1949-cu ilədək) və Millətlər Birliyinin birinci sədri olmuşdur.

Həyatı Kral V Corcun ikinci oğlu kimi o həmişə böyük qardaşı Eduardın kölgəsində olmuş və taxt-taca sahib olmağı heç düşünməmişdir. Birinci Dünya müharibəsində kral hərbi donanmasında xidmət etmiş, müharibədən sonra isə kral evinin ictimai fəaliyyətlərində iştirak etmişdir.

1923-cü ildə o Elizabet Bouz-Layonla evlənmiş, bu evlilikdən iki qızı dünyaya gəlmişdir – gələcək kraliça Elizabet və şahzadə Marqaret.

1936-cı ildə atası V Corcun vəfatından sonra böyük qardaşı Uels şahzadəsi Devid VIII Eduard adı ilə yeni varis elan edildi. Bir il keçməmiş o amerikalı və iki dəfə ərdə olmuş Uollis Simpsonla ailə həyatı qurmaq istədiyini bildirdi. Lakin, baş nazir Stenli Bolduin buna etiraz edərək, kralın Anqlikan kilsəsinin başçısı olduğu üçün boşanmış qadınla evlənə bilməyəcəyini xatırlatdı. Bu halda Britaniya monarxiyasının böhranı başlaya bilərdi. Bu halda o, ya bu izdivacdan əl çəkməli, ya da krallıqdan imtina etməli idi. Eduard taxt-tacdan imtina etmək qərarına gəlir və kiçik qardaşı Corc VI Corc adı ilə kral elan edilir. Bununla da o, Vindzorlar sülaləsinin taxtda əyləşən üçüncü nümayəndəsi olur.

Kral fəaliyyəti thumb|250px|left|VI Corcun taxt-taca çıxması münasibətilə Böyük Britaniyada buraxılmış 1 kronluq sikkə.1937-ci il Onun kral elan edilməsindən 24 saat sonra İrlandiya parlamenti xarici əlaqələr haqqında qanun qəbul etdi. Bu qanuna görə İrlandiya Azad Dövlətində kralın rolu əsaslı şəkildə azaldılırdı. Bundan başqa, Böyük Britaniyanın faşist Almaniyası ilə müharibə vəziyyətində olması, İtaliya və Yaponiya ilə müharibə etməsi də monarxiyanın vəziyyətini xeyli çətinləşdirirdi. Böyük Britaniya və onun müttəfiqlərinin İkinci dünya müharibəsində qələbəsinə baxmayaraq, ölkənin dünya proseslərinə təsiri xeyli azalmışdı. 1947-ci ildə Hindistan və Pakistanın müstəqillik qazanması və 1949-cu ildə İrlandiyanın respublika elan edilməsi ingilis imperiyasının dağılmasını sürətləndirdi və Millətlər Birliyi adlı yeni təsir formatı yaradıldı.

Həyatının son illəri İkinci Dünya müharibəsinin gərginliyi VI Corcun sağlamlığına ciddi təsir edir. Həmçinin, ağır tütün növlərindən istifadə etməsi onda bir sıra xəstəliklərin, o cümlədən ağciyər xərçənginin yaranmasına səbəb olur. Qızı, vəliəhd Elizabet tez-tez onu monarx kimi əvəz etməli olur. Avstraliya və Yeni Zellandiyaya nəzərdə tutulan səfər onun 1949-cu ilin martında sağ ayağında aparılan cərrahi əməliyyata görə təxirə salınır.Rhodes James, pp. 314–317

Kralın və kraliçanın təxirə salınmış səfərinin yerinə şahzadə Elizabet və onun həyat yoldaşı hersoq Filipin səfəri təşkil edilir. 1951-ci ilin mayında kral yaxşı əhvali-ruhiyyə ilə Böyük Britaniya Festivalını açır, ancaq 23 sentyabr 1951-ci ildə onun ağciyərindən bədxassəli şiş götürülür.Bradford, p. 454; Rhodes James, p. 330 Noyabr ayında parlamentin ilk iclasında kralın yerinə təbrik məktubunu lord-kansler Gevin Simonds təqdim edir.Rhodes James, p. 331 31 yanvar 1952-ci ildə yaxınlarının etirazına baxmayaraq o, qızı Elizabeti Keniyaya yola salmaq üçün hava limanına gəlir. 6 fevralda VI Corc Norfolkdakı evində 56 yaşında ürək damarında trombdan yuxuda ikən keçinir.BBC , big/0206.html NY Times Şahzadə Elizabet Keniyadan Böyük Britaniyaya kraliça II Elizabet kimi qayıdır.

O, 15 fevralda Vestminster-Hollda, tanınmış dövlət xadimlərinin dəfn edildiyi kilsə qəbiristanlığında dəfn edilmişdir.Bradford, p. 462 2002-ci ildə vəfat etmiş həyat yoldaşı ana-kraliça Elizabet Bouz-Layon və qızı Marqaret onunla yanaşı dəfn edilmişlər.

Xatirəsi VI Corc indiyədək ölkəsində hörmətlə yad edilir. Onun heykəli qoyulmuş və bir çox filmlərdə obrazı yaradılmışdır.

Həmçinin bax Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı Millətlər Birliyi II Elizabet

İstinadlar

Ədəbiyyat

Г. С. Остапенко. "Британская монархия от Эдуарда VIII до Елизаветы II" — "Новая и новейшая история", № 4–5, 2000 .

Kateqoriya:Birləşmiş Krallıq monarxiyası Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:İmperatorlar Kateqoriya:İngiltərə kralları Kateqoriya:Vindzorlar Kateqoriya:Almanəsilli Britaniya şəxsləri Kateqoriya:Britaniya imperiyası İkinci Dünya müharibəsində Kateqoriya:Birləşmiş Krallıq şahzadələri Kateqoriya:İkinci Dünya müharibəsinin monarxları