Məzmun Bu psixoloji dram təqaüdə çıxmış qocaman neftçi (Həsənağa Turabov) haqqında danışır. O, ürəyinin hökmü ilə yenidən dəniz mədəninə qayıdır və burada ən çətin sahədə gənclərə dayaq olur. Pritça düzgünlük, təmənnasızlıq, cəsurluq, xeyirxahlıq və ədalət kimi keyfiyyətləri tərənnüm edir.

Film haqqında Film yazıçı Cəmil Əlibəyovun "Qış macərası" povestinin motivləri əsasında yaradılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Cəmil Əlibəyov Ssenari müəllifi: Pavel Finn Quruluşçu rejissor: Yuli Qusman Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Fikrət Əhədov Bəstəkar: Xəyyam Mirzəzadə Geyim rəssamı: Abdulla Azəroğlu Səs operatoru: Tatyana Kərimova

Rollarda Rasim Balayev — Məmməd Həsənağa Turabov — təqaüdçü Həsən Məmmədov — direktor Tanilə Əhmərova — gəlin Vəliəhd Vəliyev — Muradov Sədayə Mustafayeva — təqaüdçünün arvadı Kazım Abdullayev — sürücü

Sponsor Mərkəzi Televiziya (Moskva)

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 268-269. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri