Böyük Həmyə — Azərbaycan Respublikasının Siyəzən rayonunun Həmyə kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisinin sayı 3000 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Tarixi Samur–Dəvəçi ovalığındadır. Keçmiş adı Ərəb Həmyə olmuşdur. Həmyə – ərəb dilindəki "həmyun" sözündən olub, "himayə edən" deməkdir. Böyük fərqləndirici sözdür.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 152.

Yol 2014-cü ildə iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən–Böyük Həmyə–Balaca Həmyə–Çəndəhar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.

İstinadlar

Kateqoriya:Siyəzən rayonunun kəndləri Kateqoriya:Əlifba sırasına görə kəndlər