() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Avropada əsasən meşə və səhralarda təbii halda bitir.

Botaniki xarakteristikası Hündürlüyü 1,5 m olan koldur. Düzduran budaqları enli yumurtavari çətir əmələ gətirir. Budaqlarının üzəri ensiz, uzunluğu 6 sm olan xətvari-neştərvari, üstü tünd yaşıl, aşağıdan açıq yaşıl yarpaqlarla örtülmüşdür. Aprel ayında çiçəkləyir. Al-çəhrayı rəngdə çiçəkləri budaqları tam örtür. Meyvələri iyul ayında yetişir. Uzunluğu 2 sm, tüklü, ağ və ya açıq sarı rəngli meyvəyanlıqlı meyvələri olan çəyirdəklidir. Toxumlarla, calaqla, kök zoğları ilə çoxaldılır.

Ekologiyası İşıqsevən, quraqlığa və qışa davamlıdır. Çox nəmişli zəngin torpaqlarda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir. Azərbaycanın bir çox rayonlarında mədəni halda becərilir. Dendrologiya institutunda introduksiya edilib.

İstifadəsi Yaşıllaşdırmada gözəl və tez çiçəkləyən kol kimi qrup və ya tək əkinlərdə istifadəsi məqsədyönlüdür. Badamın oduncağı çox böyük sıxlığa malik olub, gözəl qırmızımtıl rəngə çalır.

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Badam Kateqoriya:Dekorativ kollar Kateqoriya:Bitkilər Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər