() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Çin, Şərqi Himalayda, Nepal, Hindistan və Pakistanda, Avropada, Kiçik Asiyada və Yaponiyada yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 1–2 m, gövdəsi düz dayanan koldur. Budaqları bənövşəyi-qonur, kəsiyində yumru, təxminən iynəsizdir. Yarpaqları mürəkkəb, uzunluğu 5-11 sm, yalançı zoğları saplaqla bitişik, kənarları bütöv, vəzicikli-tükcüklü, ucu bizdir. Çiçəkləri sadə (5 ləçəkli), yarımçoxləçəkli və ya çoxləçəkli, 2-5 olmaqla qruplarla yerləşmiş, bəzən tək, bir az ətirli və ya qoxusuz, diametri 4-5 sm-dir. Çiçək saplaqları 2,5-6 sm, təxminən çılpaq və ya vəzicikli-tükcüklü, çiçək altlıqları 1-3, xətvari, çılpaq, kənarları vəzicikli və ya bütöv armudvari, çılpaqdır. Kasayarpaqları 5, yumurtavari, bəzən yarpaqvari formalı, kənarları bütöv və ya bir az lələkvari-pərli, bəzən bütövdür. Ləçəkləri qırmızı, çəhrayı, ağ və ya bənövşəyi çalarlı, əks-yumurtavari, ucu oyuqludur. Meyvələri qırmızı, çılpaq, yumurtavari və ya armudvari formalı, diametri 1-2 sm-dir.
Ekologiyası Münbit torpaqlarda daha yaxşı bitir. Rütubətə istiyə davamlıdr. Sərt şaxtalarda yerüstü hissələri məhv olur.
Azərbaycanda yayılması Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi Çiçəkləri və meyvələri Çin təbabətində qalxanabənzər vəzinin xəstəliklərinin müalicəsində istifadə edilir. Çin qızılgülü Pekinin simvollarından biridir. Dekorativ kol bitkisidir, otaqlarda becərilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qızılgül Kateqoriya:Dekorativ kollar Kateqoriya:Çin florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri