() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Şimali Çindir. Təbii halda Avropa və Asiyada geniş yayılmışdır. Mədəni şəraitdə 1750-ci ildən becərilir.

Botaniki xarakteristikası Hündürlüyü 10 m-dən çox olan dekorativ ağacdır. Ağacın budaqları açıq-qonur və ya qırmızı rənglidir, enli, yumru çətir əmələ gətirir. Yarpaqları yumurtaşəkilli, ellipsvari və ya uzunsovdur, ucu biz, kənarları xırda dişlidir, əvvəl tüklü olub, sonradan çılpaqlaşır, parlaq tünd-yaşıl rənglidir, uzunluğu 10 sm-ə, eni isə 5-6 sm-ə çatır. Çiçəklərinin diametri 3 sm-ə yaxındır, ağ, bəzən çəhrayı rənglidir, 5-6 ədədi bir yerdə olmaqla çətirşəkilli çiçək qrupunda yerləşmişdir. Meyvələrin diametri 3 sm-ə çatır, şarşəkillidir, sarı və ya qırmızı rəngdədir.

Ekologiyası Almanın bu növü quraqlığa davamlıdır, yüngül qumsal torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması Lənkəranda, Qubada, İsmayıllıda həyətyanı sahələrdə mədəni şəraitdə becərilir.

İstifadəsi Yaşıllaşdırmada tək, qrup və xətvari əkinlərdə istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1803-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Meyvə ağacları Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər Kateqoriya:Şərqi Asiya florası