Vəlvələ — Azərbaycan Respublikasının Quba rayonunun Vəlvələ kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Vəlvələ oyk., sadə. Vəlvələ çayının sağ sahilində, Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1942-ci ildən sonra yaranmışdır. İlk məskunları Zərqova, Əsparəsti, Kələnov, Xaspolad, İsnov və b. kəndlərdən çıxmış ailələr olmuşdur. Kəndin adı yaxınlığındakı Vəlvələçayın adı ilə bağlıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1482 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri