Bağırbəyli — Azərbaycan Respublikasının Ucar rayonunun Quləbənd kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi Əhalisinin sayı 214 nəfərdir (2009-cu il).Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Tarixi Etnotoponimdir. 1917-ci ildə Qubadlı qəzasının Cicimli inzibati ərazi vahidində eyniadlı kənd qeydə alınmışdır. XIX əsrə aid məlumata görə, Göyçay qəzasında bağırbəyli adlı cəmi 5 ailədən ibarət elat yaşayırdı. Onlar XIX əsrin ortalarında Qulabənd qobusu və Qaraqulu yataq adlı yerdə məskunlaşaraq indiki kəndin əsasını qoymuşdular.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 103.
Həmçinin bax
Ucar rayonu
İstinadlar
Kateqoriya:Ucar rayonunun kəndləri