Almaniyanın ali təhsil ənənəsi — Avropada ən qədim və zəngin universitet ənənələrinə malikdir. Ən qədim alman ali məktəbi 1386-cı ildə yaradılmış Heydelberq Universitetidir. Bir çox universitetlərin artıq yüzillik tarixi vardır. Məsələn, Leypsiq Universiteti 1409-cu ildə yaradılıb, Rostok Universiteti isə 1419-cu ildə yaradılıb.
Almaniyada təqribən 140 universitet var ki, doktorant mərhələsində təhsil verir. Bura 10 özəl və 11 kilsə universiteti daxil deyil.
Eyni zamanda hal-hazırda digər ölkə ərazisində yerləşən alman universitetləri də vardır. Məsələn, Praqadakı Karlov Universiteti. Həmçinin, 14-15-ci əsrlərdə yaransalar da sonradan bağlanaraq, müasir dövrdə yenidən açılan universitetlər də vardır. Məsələn, Köln, Erfurt və Vürsburq universitetləri.
Eyni zamanda, 1960-cı ildə yaradılmış universitetlər də vardır. XIX əsrdən başlayaraq alman universitetləri üçün təhsil səviyyəsi idealını tapmaq əsas sayılırdı. Bu məsələ ilk dəfə ciddi şəkildə Humbolt Universitetində qoyulmuşdu. Bu universitetdə ikinci dünya muharibəsinə qədər Maks Plank, Albert Eynşteyn və Maks Veber dərs deyirdilər.
Almaniya universitetləri ümumi profilli (Universitaten) və texniki universitetlərə (Technishe Universitaten); ali məktəblər — texniki (Teсhniche Hochschulen) və tətbiqi elmlər məktəbinə (Fachhochschulen); humanitar ali məktəblərə bölünürlər.
Beynəlxalq reytinqlər "QS" dünya universitetlər reytinqinə və "Times" ali təhsil üzrə dünya universitetləri reytinqinə əsasən:
RD = reytinqə ümumiyyətlə düşməyib və ya ilk 200-lüyə düşməyib.
İnstitut 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 (Times) 2013 (QS)Berlin Azad Universiteti (Freie Universität Berlin)RD1721491461379466151128109Frankfurt Höte Universiteti (Goethe-Universität Frankfurt am Main)RD187187RD169RD195182199RDBerlin Humboldt Universiteti (Humboldt-Universität zu Berlin)12511210512613914612313299126Karlsrue Texnologiya İnstitutu (Karlsruher Institut für Technologie)RDRDRDRDRDRD187196151116Aaxen Reyn-Vestfaliya Texniki Universiteti (Rheinisch-Westfälische Technische Hochschule Aachen)--------154147Berlin Texniki Universiteti (Technische Universität Berlin)---------183Münhen Texniki Universiteti (Technische Universität München)9510582677855585410553Münhen Universiteti (Ludwig-Maximilians-Universität München)99559865939866624867Göttingen Universiteti (Georg-August-Universität Göttingen)85114156168166186436970128Heydelberq Universiteti (Ruprecht-Karls-Universität Heidelberg)47455860575751537850Frayburq Universiteti (Albert-Ludwigs-Universität Freiburg)RDRDRD14414712297105144102Bonn Universiteti (Rheinische Friedrich-Wilhelms-Universität Bonn)RDRDRDRDRDRD200154 171163Tübingen Universiteti (Eberhard-Karls Universität Tübingen)---------134Hamburq Universiteti (Universität Hamburg)---------186
Prestijli fakültələr istehsalat iqtisadiyyatı (Manheym, Münhen, Münster universitetləri) xalq təsərrüfatı iqtisadiyyatı (Bayroyt, Erfurt) hüquq (Bayroyt, Frankfurt-Oder, Manheym, Münster) iqtisadi informatika (Maqdeburq, Münster) iqtisadi mühəndislik (Klaustal, Kotbus) informatika (Karlsrue, Saarbrüken, Berlin) farmasevtlik (Frayburq, Heydelberq)
İstinadlar
Kateqoriya:Ölkələrinə görə universitetlərin siyahıları