Məzmun Kinolentdə sədaqətli nökər və amansız, qəddar şah haqqında söhbət açılır.
Günlərin birində zalım şah gənc nökərinə hirslənib onu ac-yalavac itlərin qarşısına atır... İtlər nökərin üstünə hücum etsələr də onu tanıyıb çəkilirlər. Məlum olur ki, vaxtilə nökər həmin itlərə qulluq edib, onları yedizdiribmiş. Beləliklə də, itlər oğlanın yaxşılığını yerə vurmur, ona toxunmurlar. Şah isə cavan nökərin ona sədaqətlə qulluq etməsinə baxmayaraq onu öldürtdürmək qərarına gəlir.
Filmdə belə bir fikir irəli sürülür: şərlə mübarizədə xeyir həmişə qalib gəlir.
Film haqqında Film Nizami Gəncəvinin əsərinin motivləri əsasında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Nizami Gəncəvi Ssenari müəllifi: Ədhəm Qulubəyov Rejissor: Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam: Məsud Pənahi (Məqsud Pənahi kimi), Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Vahid Talıbov Fon rəssamı: Tahir Piriyev Montaj edən: Esmira İsmayılova Rejissor assistenti: Hafiz Əkbərov Operator assistenti: Ramiz Ağayev Rəssam assistenti: Y.Uznadze Redaktor: Fərman Kərimzadə Filmin direktoru: A.Məhərrəmov
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1976-cı ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması