Göylər məscidi — Azərbaycanın Şamaxı rayonunun Göylər kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsi. XII–XIII əsrlərdə inşa edilən məscid Şamaxı rayon mərkəzindən 16 km cənub–qərbdə yerləşir.

Tarixi Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XII əsrə aid edilir. Qədim qəbristan, karvansara kompleksi və Pirmərdəkan türbəsi məscidin ətrafında yerləşir.

Həmçinin bax Pirmərdəkan türbəsi

Kateqoriya:Şamaxı rayonunun məscidləri