thumb Qusar (ləzgi.КцIар,Kċar) — Azərbaycan Respublikasının Qusar rayonunun Qusar şəhər inzibati ərazi dairəsində şəhər, Qusar rayonunun inzibati mərkəzi.
1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 8 Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir. Bakı şəhərindən məsafəsi 180 km-dir.
Dünyada ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər.
Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir.
Daha əvvəllər "Yeni Quba" adlanmışdır.“Qafqaz təqvimi”nin 1848, 1849, 1853, 1857 və 1859-cu illik nəşrlərində “Qusar” və “Yeni Quba” adları birgə qeyd olunur, bu da “Yeni Quba” termininin dövrün rəsmi sənədlərində geniş işlədildiyini göstərir.
Etimologiya İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(Kċаr) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir.
Tarixi
1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Məhəmməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə rus çarına Qazavat elan edirlər. Bölgəsinin bütün ləzgi soyları bu üsyanda iştirak etdi, ümumilə 12.000 mürid var idi.
1920-ci ildə Qusarın ərazisində, Kuzun kəndində imam Mushab-Əli Kuzunvi rəhbərliyiylə Sovet işğalına qarşı yenidən üsyanlar baş verir. Üsyanın yatırılması zamanı bolşeviklər tərəfdən Kuzun kəndi və Qusarın daha bir neçə kənd yandırılmış və 400–500 kəndli qətlə yetirilmişdir.
Mədəniyyəti
Mətbəx
Qusar mətbəxi Azərbaycanın ən tanınmış mətbəxlərindən biri olmaqla, çox zəngindir.
Mətbuat 1932-ci ildə Qusar rayonunda, Azərbaycanda ilk ləzgi dilində nəşr olunan indiki "Qusar" adlı qəzet (keçmişdə "Sosializm tempi" və "Qızıl Qusar") nəşrə başlamışdır.
Abidələr Qusarda soyqırım abidəsi 1918-ci ildə Qanlı dərədə həlak olan Qusar və Quba qəhrəmanlarının xatirəsinə ucaldılmışdır.
Əhalisi 01.01.2023-cu il siyahıyaalınmasına əsasən Qusar şəhərində yaşayanların sayı 21 341 nəfər olmuşdur.
Şəhər ləzgilərin kompakt yaşadığı ərazi olmasına baxmayaraq, son illərdə yeni nəsil arasında ləzgicə bilənlərin sayı azalıb, bununla bağlı UNESCO ləzgi dilinin yox olma təhlükəsinin olduğunu bildirib. +Ləzgi uşağların arasında ləzgi dilini sərbəst danışanların faizi (3-5 yaş arası)2000200520102015202098,72 %87,26 %48,25 %39,22 %28,79 % Son 10 ildə (2009-2019) ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb. +Ana dili və sərbəst danışdığı dil (2009)The State Statistical Committee of the Republic of Azerbaijan :Population by ethnic groups (by population census) ---İn this and following table — everybody defermined nationality themself. Information on children are obtained from.Population statistics of Eastern Europe (pop-stat.mashke.org) :Ethnic composition of Azerbaijan 2009 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 1.12. Əhalinin milli tərkibi 1926–2009 (əhalinin siyahıyaalınmalarının məlumatlarına əsasən) + 1.13. Əhalinin ana dili və sərbəst danışdığı dillərə görə bölgüsü (2009-cu il əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən) ---Siyahıyaalınmalar zamanı sorğu olunan hər bir şəxs milliyyətini özü müəyyən edir. Uşaqların milliyyəti valideynlərin dediklərinə əsasən yazılır. + Əhalinin sərbəst danışdığı dillər üzrə məlumatlar müvafiq millətlər üzrə 3 və yuxarı yaşlı əhaliyə nisbətən faizlə verilmişdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması, 2009-cu il. XIX cild:Əhalinin milli mənsubiyyətinə, yaşına, ana dili və sərbəst danışdığı digər dillərə görə bölgüsü. — 2011Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Statistik Göstəriciləri 2012: Demoqrafik göstəricilərUnited Nations Statistics Division, Demographic Statistics: Population by national and/or ethnic group, sex and urban/rural residence Etnik qrupLəzgi dili ana dili saymayanLe. d.a.d.s. — Ləzgi dilini ana dili sayanlar.Ləzgi dili sərbəst danışanLe.d.s.d. — Ləzgi dilində sərbəst danışanlar.Azərbaycan dili sərbəst danışanAz.d.s.d. — Azərbaycan dilində sərbəst danışanlar.Rus dili sərbəst danışanRu.d.s.d. — Rus dilində sərbəst danışanlar.ləzgi9.10%91.70%96.30%23.70% +Ana dili və sərbəst danışdığı dil (2019)Etnik qrupLəzgi dili ana dili saymayanLəzgi dili sərbəst danışanAzərbaycan dili sərbəst danışanRus dili sərbəst danışanləzgi24.90%85.20%96.10%38.90% +Qusar şəhəri əhalisinin milli tərkibi Etnik qrup Sayı, 1970 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Кусарский район (перепись 1970 года) Nisbəti, 1970 sa. cəmi11 144100.0 % ləzgi8 25774.1 % azərbaycanlı1 41312.7 % rus və ukraynalı9738.7 % yəhudi3132.8 % erməni650.6 % tatar280.3 % gürcü60.1 % avar10.1 %
Ərazisi Qusar rayonu şimaldan Rusiya Federasiyası ilə, şərqdən Xaçmaz rayonu ilə, cənubdan Quba rayonu ilə və qərbdən Qəbələ rayonu ilə sərhədlərə malikdir. Rayon mərkəzi dəniz səviyyəsindən 690–730 metr, ən ucqar Əlix kəndi 2400 metr yüksəklikdə yerləşir. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m.) və Şahdağ (4243 m.) zirvələri, eləcə də 1998-ci ildə Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth edilmiş və ümummilli liderimizin adı verilmiş Heydər zirvəsi (3755 m.) Qusar rayonu ərazisindədir.
Qalereya
Qeydlər
İstinadlar
Kateqoriya:Qusar rayonunun şəhərləri