Akvarium filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə təbiətin mühafizəsi məsələsinə toxunulmuşdur. Burada həyat uğrunda mübarizə və insan kədəri məharətlə verilən təsvir vasitələri ilə öz həllini tapmışdır. Uşaq rolunda Əmir Tağıyev çəkilib. 1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində filmə münsiflər heyətinin Diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri Fərmanı verilmişdir.
Məzmun "Akvarium" poetik applikasiya filmidir. Film istər ideya-bədii dəyərinə, istərsə də rənglərin seçilməsinə görə maraq doğurur. Kinolentdə təbiətin mühafizəsi məsələsinə toxunulmuşdur. Burada həyat uğrunda mübarizə və insan kədəri məharətlə verilən təsvir vasitələri ilə öz həllini tapmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.198
Mükafatlar 1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində filmə münsiflər heyətinin Diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri Fərmanı verilmişdir.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Çingiz Hüseynov Rejissor: Firəngiz Qurbanova Operator: Ramiz Ağayev Rəssam: Firəngiz Qurbanova Bəstəkar: Əli Babayev
Rolda Əmir Tağıyev — uşaq
İstinadlar
Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314-315.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1983-cü ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1983-cü ilin filmləri Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri