Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Mərkəzi Kəlbəcər şəhəridir.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır.
İnzibati ərazi bölgüsü AzStat-ın Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2024-cü il 16 fevral tarixli 2/2 nömrəli Qərarı ilə təsdiq edilmiş İnzibati Ərazi Bögünsü Təsnifatına əsasən Kəlbəcər rayonunda inzibati ərazi bölgüsü aşağıdakı kimidir: KƏLBƏCƏR RAYONU – 60100001
İnzibati ərazi dairələrinin sayı: Ərazi vahidlərinin sayı:
Şəhər . . 1 Şəhər . . . 1
Qəsəbə . . 1 Qəsəbə . . . 1
Kənd . . 41 Kənd . . . 124 KODLARADLARKODLARADLAR60101005
60101014
60103005
60103018
60103038
60103048
60103058
60103028
60105005
60105018
60105028
60105048
60105038
60104005
60104018
60104038
60104028
60107005
60107018
60107038
60107028
60109005
60109018
60109038
60109028
60110005
60110018
60110028
60111005
60111018
60111038
60111058
60111028
60111048
60120005
60120018
60120038
60120048
60120028
60133005
60133018
60133028
60133068
60133058
60133078
60134005
60134018
60134028
60138005
60138018
60138038
60138028
60124005
60124018
60124028
60162005
60162018
60162028
60162038
60163005
60163018
60167005
60167018
60128005
60128018
60128028
60129005
60129018
60129028
60130005
60130018
60130028
60135005
60135018
60135028
60136005
60136018
60136028
60136048
60136038
60153005
60153018
60153028
60137005
60137018
60137028
60137038 1. Kəlbəcər şəhər iəd
Kəlbəcər ş.
2. Abdullauşağı kənd iəd
Abdullauşağı k.
Ağyataq k.
Fətallar k.
Moz k.
Mozqaraçanlı k.
3. Ağcakənd kənd iəd
Ağcakənd k.
Oruclu k.
Təzəkənd k.
Zağalar k.
4. Ağdaban kənd iəd
Ağdaban k.
Bağırlı k.
Çayqovuşan k.
5. Almalıq kənd iəd
Almalıq k.
Böyükdüz k.
Laçın k.
6. Aşağı Ayrım kənd iəd
Aşağı Ayrım k.
Boyaqlı k.
Yuxarı Ayrım k.
7. Bağlıpəyə kənd iəd
Bağlıpəyə k.
Vəng k.
8. Başlıbel kənd iəd
Başlıbel k.
Alırzalar k.
Çovdar k.
Xallanlı k.
Şahkərəm k.
9. Comərd kənd iəd
Comərd k.
Nəcəfalı k.
Pirilər k.
Tağılar k.
10. Çaykənd kənd iəd
Çaykənd k.
Kəndyeri k.
Qasımlar k.
Mişni k.
Rəhimli k.
11. Çəpli kənd iəd
Çəpli k.
İlyaslar k.
12. Çıraq kənd iəd
Çıraq k.
Məmmədsəfi k.
Tövlədərə k.
26. Mərcimək kənd iəd
Mərcimək k.
Ağqaya k.
27. Milli kənd iəd
Birinci Milli k.
İkinci Milli k.
Üçüncü Milli k.
28. Mollabayramlı kənd iəd
Mollabayramlı k.
29. Nadirxanlı kənd iəd
Nadirxanlı k.
30. Sarıdaş kənd iəd
Sarıdaş k.
Güneypəyə k.
31. Seyidlər kənd iəd
Seyidlər k.
Cəmilli k.
32. Susuzluq kənd iəd
Susuzluq k.
Qasımbinəsi k.
33. Şaplar kənd iəd
Şaplar k.
Məmməduşağı k.
34. Şurtan kənd iəd
Aşağı Şurtan k.
Orta Şurtan k.
Soyuqbulaq k.
Yuxarı Şurtan k.
35. Taxtabaşı kənd iəd
Taxtabaşı k.
Yenikənd k.
36. Təkəqaya kənd iəd
Təkəqaya k.
Babaşlar k.
Bozlu k.60112005
60112018
60112048
60112038
60112028
60112058
60157005
60157018
60157038
60157048
60157028
60113005
60113018
60113028
60108005
60108018
60108048
60108028
60108038
60158005
60158018
60158028
60158038
60159005
60159018
60159028
60118005
60118018
60118038
60118028
60149005
60149016
60150005
60150018
60119005
60119018
60119028
60161005
60161018
60161028
60161038
60161048
60161058
60161068
60122005
60122018
60122038
60122028
60166005
60166018
60166028
60132005
60132018
60132048
60132058
60132038
60132028
60139005
60139018
60139038
60139028
60115005
60115018
60115028
60115058
60115048
60115038
60115068
60114005
60114018
60114038
60114048
60116005
60116018
60116028
60116038
60154005
60154018
60117005
60117018
60117038
6011702813. Dalqılınclı kənd iəd
Dalqılınclı k.
Barmaqbinə k.
Dərəqışlaq k.
Otaqlı k.
Otqışlaq k.
14. Daşbulaq kənd iəd
Daşbulaq k.
Allıkənd k.
Böyürbinə k.
Günəşqaya k.
15. Dəmirçidam kənd iəd
Dəmirçidam k.
Qanlıkənd k.
16. Əsrik kənd iəd
Əsrik k.
Alıbəyli k.
Çobangərəhməz k.
Çorman k.
17. Günəşli kənd iəd
Günəşli k.
Ağbulaq k.
Nəbilər k.
18. Hacıkənd kənd iəd
Hacıkənd k.
Başkənd k.
19. İstibulaq kənd iəd
İstibulaq k.
Ağdaş k.
Göydərə k.
20. İstisu qəsəbə iəd
İstisu q.
21. Keşdək kənd iəd
Keşdək k.
22. Qamışlı kənd iəd
Qamışlı k.
Bağırsaq k.
23. Qaraçanlı kənd iəd
Orta Qaraçanlı k.
Aşağı Qaraçanlı k.
Baş Qaraçanlı k.
Xoləzəy k.
İmanbinəsi k.
Tatlar k.
24. Qılınclı kənd iəd
Qılınclı k.
Alçalı k.
Quzeyçirkin k.
25. Lev kənd iəd
Lev k.
Çopurlu k.
37. Tirkeşəvənd kənd iəd
Tirkeşəvənd k.
Qalaboyun k.
Qaraxançallı k.
Qazıxanlı k.
Zərqulu k.
38. Yanşaq kənd iəd
Yanşaq k.
Yanşaqbinə k.
Zallar k.
39. Yellicə kənd iəd
Yellicə k.
Alolar k.
Armudlu k.
Həsənlər k.
Kaha k.
Təkdam k.
40. Zar kənd iəd
Zar k.
Bəzirxana k.
Hacıdünyamalılar k.
41. Zəylik kənd iəd
Zəylik k.
Hopurlu k.
Şeyinli k.
42. Zivel kənd iəd
Zivel k.
43. Zülfüqarlı kənd iəd
Zülfüqarlı k.
Keçiliqaya k.
Qaragüney k.
Tarixi
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə "Türk qəbiristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir–birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
İlk insan məskəni 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcərrayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr — Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Həsən Cəlal kilsəsi, Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcərşəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, KəlbəcərTarix–diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı.
Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu–III minillik Tunc dövrü və ya Kür–Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür–Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür–araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatıb. Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir. Qobustan (Böyükdaş, Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunub. Kəlbəcərdə qədim insan məskənlərindən biri olub. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcərantik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun "Qaragöl" və "Zalxa gölləri" sahillərində, "Ayıçınqıllı" və "Pəriçınqıllı" dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcərqaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.