Sumqayıt FK və ya digər adı ilə Sumqayıt Futbol Klubu — Azərbaycan Premyer Liqasında Sumqayıt şəhərini təmsil edən peşəkar futbol klubu.

Tarixi left|thumbnail|"Sumqayıt" FK azarkeşləri.

Sumqayıt futbol klubu 2010-cu ildə yaranıb. Həmin mövsüm komanda Azərbaycan Birinci Liqasında mübarizə aparır və 3-cü yeri tutur. Klubun maliyyə stabilliyini və güclülər dəstəsində iştirak etməsi ilə bağlı müraciətini nəzərə alan PFL rəhbərliyi bunu müsbət qarşılayıb. Buna əsas səbəb I divizionda 2010/2011 mövsümün yekunlarına əsasən, 1-ci yerin sahibi kimi Premyer Liqaya vəsiqə qazanan "Abşeron"un maliyyə problemləri ilə əlaqədar olaraq iştirakdan imtina etməsi olmuşdur. Bundan sonra "Sumqayıt Şəhər" klubu bütün hüquqi sənədləri həll edərək, yeni mövsümdən yüksək liqada mübarizə aparacaq. Bununla əlaqədar klub maliyyə məsələlərini həll etmək üçün "Azərkimya" İstehsalat Birliyi ilə sponsorluq müqaviləsi imzalanıb.

2011-ci il oktyabrın 30-da Sumqayıt FK AZAL-la görüşdə 2:1 qalib gələrək ilk ev qələbəsini qazanıb.

9 mart 2018-ci il tarixindən etibarən Müşahidə Şurasının qərarına əsasən Riad Rəfiyev klubun prezidenti təyin olunub.

2011/12 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" klubunun baş məşqçisi Vaqif Cavadovdur. Ona Seymur Rəhimov, Vəfadar Quliyev və Mübariz Orucov kömək edirlər.

2024-cü ilin oktyabrın 14-də klubun əsas komandasının baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Vaqif Cavadova həvalə olunub.

Misli Premyer Liqasının XII turunda Sumqayıt FK 207-ci ev matçında "Sabah"a 1:0 qalib gələrək Azərbaycan çempionatlarında 70-ci ev qələbəsini əldə edib.

2025-ci ilin sonuna olan məlumatına əsasən Sumqayıt FK heyət dəyəri 8.98 milyon avro təşkil edir.

Avrokuboklarda "Sumqayıt" FK tarixi ərzində 3 dəfə avrokuboklarda iştirak edib.

I t. m. = I təsnifat mərhələsi, II t. m. = II təsnifat mərhələsi, III t. m. = III təsnifat mərhələsi, Qrup m. = Qrup mərhələsi I m. = I mərhələ, II m. = II mərhələ, III m. = III mərhələ s.q. = Səfərdə vurulan qol hesabına, ə. v. = Əlavə vaxt hesabına 31 iyul 2024-cü ildə olan məlumat: + Mövsüm Turnir Mərhələ Rəqib Ev Səfər Nəticə2020–21UEFA Avropa LiqasıI təsnifat mərhələsi Şkendiya0–20–217x17px2021–22UEFA Konfrans LiqasıII təsnifat mərhələsi Çukariçki0–20–00–217x17px2024–25UEFA Konfrans LiqasıII təsnifat mərhələsi Fehervar1–20–01–217x17px

Yarışlara görə O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti

31 iyul 2024-cü il tarixinə olan məlumat: SıraTurnirOQHM Qollar1UEFA Çempionlar Liqası00000–02UEFA Kuboku / UEFA Avropa Liqası10010–23UEFA Konfrans Liqası40221–44UEFA Kuboklar Kuboku00000–05UEFA İntertoto Kuboku00000–0- Cəmi50231–6

İstinadlar

Kateqoriya:Azərbaycan futbol klubları Kateqoriya:Azərbaycan Premyer Liqası klubları Kateqoriya:Sumqayıt futbol klubları Kateqoriya:Sumqayıt FK Kateqoriya:2010-cu ildə Azərbaycanda yarananlar