Bürhanəddin Rəbbani () — Əfqanıstan prezidenti (1992–2001)
Bürhanəddin Rəbbani 20 sentyabr 2011-ci ildə öldürülmüşdürƏFQANISTANIN KEÇMİŞ PREZİDENTİ ÖLDÜRÜLÜB .
Həyatı Əfqanıstanın sabiq prezidenti, tacik əsilli Bürhanəddin Rəbbanı 1940-cı ildə Əfqanıstanın şimal-şərqindəki Faizabad şəhərində anadan olub .
1963-cü ildən Kabil Universitetində İslam Hüququndan dərs deyib. Daha sonra 1968-ci ildə Misirin Əzhər universitetində islam fəlsəfəsi ixtisası üzrə təhsil alıb. Həmin il Cəmiyyət-i İslam partiyasını rəhbəri olub.
1973-cü ildə şahzadə Davudun devrilməsindən sonra Pakistanın Pişavər şəhərinə köçüb.
1979–1989-cu illərdə Əfqanıstanda rus ordusuna qarşı aparılan döyüşlərdə iştirak edən Rəbbani Əfqan mücahidlərinə başçılıq edib. Tabeliyində 20 minə yaxın döyüşçü vardı.
1992-ci ildə Əfqanıstana qayıdaraq, iyunun 28-də Əfqanıstan İslam Dövlətinin müvəqqəti prezidenti olub.
22 dekabr 2001-ci ildə Rabbani rəsmən prezidentlikdən istefa edib.
Əfqanıstanda "Taliban"la müzakirələrə rəhbərlik edən Ali Sülh Şurasının başçısı Rəbbani paytaxt Kabildəki evində 20 sentyabr 2011-ci ildə terror aktı nəticəsində qətlə yetirilib.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Əfqanıstan prezidentləri Kateqoriya:Farslar Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:Əfqanıstanda doğulanlar Kateqoriya:Əfqanıstanda vəfat edənlər Kateqoriya:Əfqanıstan siyasətçiləri Kateqoriya:Qətl qurbanları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Partlayıcı qurğu nəticəsində ölənlər