Məzmunu "İşgüzar qadınlar" süjetində iş yerlərindəki etinasızlıqlar, "İşgüzar kişilər" süjetində iş yerlərində qonaqlıqlara olan meyil, "P əməliyyatı" süjetində isə qeyri-qanuni həyata keçirilən satışlar əks etdirilir.

Film haqqında Kinotrilogiya "İşgüzar qadınlar", "İşgüzar kişilər" və "P əməliyyatı" süjetlərindən ibarətdir. Birinci və ikinci süjet bədii, üçüncü süjet isə sənədlidir.

Titrlər ruscadır.

Filmin heyəti

Film üzərində işləyənlər Müəlliflər: Anar, Sadıq Babayev (S. Babayev kimi), Vaqif Nəsib Rejissor: Oqtay Mirqasımov Operator: Ələsgər Ələkbərov Rəssam: Məsud Pənahi Səs operatoru: Kamal Seyidov Direktor: Kamil Hacıyev Baş redaktor: Eyvaz Borçalı Mətni oxuyan: Rasim Balayev (titrlərdə yoxdur)

Rollarda Eldəniz Rəsulov — aparıcı Gülşən Qurbanova — Validə Xuraman Hacıyeva — Xalidə Adil İsmayılov — İsmayılov Hüseyn Seyidzadə — Mahmudov Arif Quliyev — ərizəçi (titrlərdə yoxdur) Ağaxan Salmanov — məclisdəki şəxs (titrlərdə yoxdur) Əhməd Əhmədov — məclisdəki şəxs (titrlərdə yoxdur) Muxtar Maniyev — məclisdəki şəxs (titrlərdə yoxdur) Novruz Axundov — məclisdəki şəxs (titrlərdə yoxdur) Firuz Xudaverdiyev — telefonla danışan

Filmi səsləndirənlər Rasim Balayev — aparıcı (Eldəniz Rəsulov) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — İsmayılov (Adil İsmayılov) (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Mahmudov (Hüseyn Seyidzadə) (titrlərdə yoxdur)

Xarici keçidlər Filmi izlə sayt YouTube

Kateqoriya:1977-ci ilin Azərbaycan filmləri Kateqoriya:Oqtay Mirqasımovun filmləri