Məzmun Film Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyinə həsr olunmuşdur. Kinolent əvvəlcə respublikanın təbii zənginliklərindən danışır, sonra Azərbaycan xalqının tarixinə qısa ekskursiya edir.

Kinohekayə tamaşaçıları Moskvaya, Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Azərbaycan pavilyonuna aparıb çıxarır. Ekranda məşhur pambıq ustası Bəsti Bağırova, ordenli çoban Həsən əmi, tanınmış miçurinçi İbrahim baba və başqa adlı-sanlı əmək adamları görünür.

Filmdə şose yollarının və Samur-Dəvəçi kanalının tikintisi, "Yallı" rəqsi, aşıqların çıxışları, "Koroğlu" operasından bir səhnə, Bakı zəhmətkeşlərinin paradı, respublikamızın poetik mənzərələri öz əksini tapmışdır.

Filmin heyəti

Filmin üzərində işləyənlər Rejissor: Mikayıl Mikayılov, Vladimir Yeremeyev Ssenari müəllifi: Şamil Məlikyeqanov Operator: Leon Aristakesov, Camal İsmixanov Musiqi tərtibatı: Niyazi, Tofiq Quliyev Səs operatoru: Y.Qomerov Rejissor assistenti: Lətif Səfərov

Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56; 67; 95. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.

Kateqoriya:Azərbaycan SSR haqqında filmlər Kateqoriya:1940-cı ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər