Məzmun Azərbaycanda əhalisi tamamilə tərk olunmuş, minə yaxın kənd vardır. Bəs, ata-baba yurdu nə üçün boş qalmışdır? Cavab belədir: əlverişli iş və məişət şəraiti, yararlı yollar, qaz və elektrik enerjisi olmadığı üçün orduda xidməti, yaxud ali təhsili başa vuran cavanların bir çoxu kəndə qayıtmır. Elə kəndlər var ki, bu yerlərdə cəmi iki nəfər-qoca ilə qarı qalmışdır.

Filmdə məhz bu problemlər qaldırılır, tezliklə tədbir görülməsi üçün haray çəkilir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Nüsrət Kəsəmənli Operator: Zaur Məhərrəmov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Şamil Kərimov

Kateqoriya:1987-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər