Anuk Eme (; ) — Fransa aktrisası.

Həyatı Anuk Eme 27 aprel 1932-ci ildə Parisdə anadan olmuşdur. Uşaqlıq illərində yəhudi aktyor ailəsində tərbiyə almışdır.

O, "Bauer-Therond" dram məktəbində aktyorluğu və rəqsi öyrənmişdir. 14 yaşından kinoda çəkilmişdir, lakin yalnız 12 ildən sonra tanınmağa başlamışdır. Bu, onun "Monparnas, 19" filmində Janna Ebütern roluna çəkiləndən sonra oldu. Bundan sonra Federiko Fellini bu ümidverici aktrisanı görür və onu "Şirin həyat", "Səkkiz yarım" kimi filmlərinə dəvət edir. 1961-ci ildə fransız kinorejissoru Jak Demi kinoda öz debütünü çəkir. "Lola" adlanan filmdə aktrisa baş rolu ifa edir.

Bütün dünya üzrə milyonlarla tamaşaçı Anuk Emeni ilk növbədə Klod Leluşun "Kişi və qadın" (1966) filmində ifa etdiyi qadın obrazı ilə tanıdı və sevdi. Bu rola görə o, "Qızıl qlobus" da daxil olmaqla bir çox mükafatlara layiq görülmüşdür.

1969–1975-ci illərdə heç bir filmə çəkilməmişdir.

1949–1978-ci illərdə 4 dəfə (Eduard Zemmermann, Nikos Papatakis, Pyerr Barux və ingilis aktyoru Albert Finni ilə) ərdə olmuşdur. Musiqiçi Saymon Finnin keçmiş ögey anasıdır.

1980-ci ildə Eme "Boşluğa tullanmaq" filmindəki roluna görə Kann kinofestivalının mükafatına layiq görülmüşdür.

"Empire" jurnalı onun adını "Kinematoqrafın tarixində 100 ən seksual ulduz" siyahısına daxil etmişdir.

18 iyun 2024-cü il tarixində vəfat edib.

Filmoqrafiya "Monparnas, 19" (film, 1958) / Montparnasse 19 Şirin həyat (film, 1960) / La Dolce Vita Səkkiz yarım (film, 1963) / 8 ½ Kişi və qadın (film, 1966) / Un homme et une femme

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa aktrisaları Kateqoriya:Fransa uzunömürlüləri Kateqoriya:Sezar mükafatı laureatları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni komandorları Kateqoriya:Qızıl Qartal mükafatı laureatları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:XXI əsr Fransa yəhudiləri Kateqoriya:Yəhudi mənşəli fransızlar Kateqoriya:XX əsr Fransa yəhudiləri