Mahir Cümşüd oğlu Muradov () — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi

Həyatı Mahir Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildən başlamışdır. Həmin ildən 1979-cu ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışmışdır.

1979-cu ildən 1983-cü ilədək "Xəzərneftqazdonanma" İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildən başlayaraq 2012-ci ilədək Prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləmişdır.

2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışmışdır.

16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, üç övladı var.

5 yanvar 2023-cü ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri Kateqoriya:Nizami rayonunun prokurorları (Bakı) Kateqoriya:Azərbaycan hakimləri