Mirzə Mustafa İftixarülüləma Aştiyani (1866-1909)—İslam alimi, Məşrutə hərəkatının üzvü.
Həyatı
Mirzə Mustafa ibn Mirzə Məhəmmədhüseyn 1866-cı ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Atası ünlü müctəhid idi.Tənbəki üsyanında iştirak etmişdi.
Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Haman bu fitvayi-şeytaniyyənin nəticəsi olmuşdur ki, Mirzə Müstafa İftixarülüləma 3 nəfər yoldaşları ilə bərabər Şahəbdüzəlimdə mütəhəssin olduqları halda öldürülmüşlərdir. Məlum olunmuşdur ki, qatillər Topxana fəqərsindəki cinayətləri ilə məşhur olan Hüseyn Abdin Kamal kor və Nəqibin oğlu Səni Həzrət olmuşlardır ki, şah və şeyxin əmr və təsviyyələrinə müvafiq icrayi-fəsad eyləmişlərdir".Məhəmməd Əmin Rəsulzadə, İran məktubları, “Tərəqqi”, № 64, 26 mart 1909
Mirzə Mustafa İftixarülüləma 1909-cu ildə öldürülüb.
Mənbə
Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:İslam alimləri Kateqoriya:İran Məşrutə inqilabının tərəfdarları